Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüş...
Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü
Cəmiyyət

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

Xpress.az Redaksiyası 06.09.2026 16:28

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Hərbi Dəniz Qüvvələrində baş tutan görüşündə “Fənərbaxça” prezidenti Əziz Yıldırım və qızı Hande Yıldırım da iştirak edib.

Dövlət başçısı və birinci xanım Hərbi Dəniz Qüvvələrində Türkiyə şirkətlərinin fəaliyyəti və birgə layihələrlə tanış olublar. 

Səfər çərçivəsində Müdafiə Nazirliyinin “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC və Türkiyənin “DEARSAN Gəmi İnşaat Sənaye” AŞ-nin birgə istehsalat sahəsində hazırlanan hərbi texnikalar təqdim edilib. Prezident İlham Əliyevə və Mehriban Əliyevaya “SALVO” (SİDV) silahlı insansız dəniz vasitələri ilə “KAYRA” (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycanla birgə innovativ hərbi dəniz vasitələrinin istehsalını həyata keçirən “DEARSAN” şirkəti Ə. Yıldırıma məxsusdur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək