Cəmiyyət
Nəbatat Bağında işıq şou instalyasiyası yaradılacaq - 4.7 milyon ayrılır
Xpress.az Redaksiyası
07.09.2026 13:40
Mərkəzi Nəbatat Bağının ərazisində vizual effekt yaratmaq məqsədilə işıq şou instalyasiyası yaradılacaq.
Xpress.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Əsaslı Tikinti Və Təmir" MMC tender elan edib.
Bunun üçün lazım olan avadanlıqların və malların satın alınması işlərinə 4 milyon 774 min 257 AZN ayrılması nəzərdə tutulur.
Belə ki, bağda 3D biomorfik işıqlı fiqur, biomorfik fiqurlar üçün mərkəzi LED enerji bloku və s. avadanlıqlar qurulacaq.