Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bu xanımlara yüksək vəzifə verildi
Bu xanımlara yüksək vəzifə verildi
Gündəm

Bu xanımlara yüksək vəzifə verildi

Xpress.az Redaksiyası 08.09.2026 09:53

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

 Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.

Fatimə Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb.

Bundan əlavə, 2023–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb. Bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub. Təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq icra başçısı vəfat etdi

08.09.2026 14:46 Cəmiyyət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi -

08.09.2026 14:19 Ana səhifə

Tovuzda tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir -

08.09.2026 12:56 Mədəniyyət

Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -

08.09.2026 12:29 Ana səhifə

Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Media Akademiyası” təşkil olunub

08.09.2026 12:17 Cəmiyyət

Messi və Ronaldu eyni komandada:

08.09.2026 12:14 İdman

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib -

08.09.2026 12:03 Texnologiya

“SOS” MMC-nin növbə rəisi həbs edildi -

08.09.2026 11:33 Gündəm

Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” -

08.09.2026 11:26 Ana səhifə

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər:

08.09.2026 11:18 Dünya

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir

08.09.2026 11:15 Hadisə

“Erməni evində Azərbaycan işığı” xəbəri

08.09.2026 10:50 Ana səhifə

Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər” -

08.09.2026 10:42 Ana səhifə

Sentyabrın 22-nə qədər pulu çoxalacaq beş

08.09.2026 10:11 Cəmiyyət

Misir Mərdanov: “Test suallarının böyük əksəriyyəti dolaşdırıcıdır” -

08.09.2026 09:48 Ana səhifə

Jurnalistlərin Həmrəylik Günü:

08.09.2026 09:35 Media

Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı

08.09.2026 09:14 Cəmiyyət

Sabiq nazir təhsil sistemindəki problemlərdən danışdı:

08.09.2026 09:00 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək