Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Me...
Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Media Akademiyası” təşkil olunub
Cəmiyyət

Gənclər Evlərinin direktor və əməkdaşları üçün “Media Akademiyası” təşkil olunub

Xpress.az Redaksiyası 08.09.2026 12:17

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax şəhərində Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gənclərin iştirakı ilə “Media Akademiyası” adlı üç günlük təlim düşərgəsi keçirilib.

Müasir informasiya mühitində düzgün, operativ və peşəkar kommunikasiyanın əhəmiyyətinin artdığı bir dövrdə təşkil olunan layihənin əsas məqsədi Gənclər Evlərinin media və kommunikasiya imkanlarını gücləndirmək, əməkdaş və könüllülərin informasiya ilə işləmək, rəqəmsal platformalardan səmərəli istifadə etmək və həyata keçirilən layihə və təşəbbüsləri daha effektiv şəkildə ictimaiyyətə təqdim etmək bacarıqlarını inkişaf etdirmək olub.

Düşərgə çərçivəsində iştirakçılar media ilə əlaqələrin qurulması, sosial media idarəçiliyi, vizual kommunikasiya və böhran vəziyyətlərində effektiv informasiya siyasəti üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Təlim proqramının ilk sessiyasında “Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi” mövzusu diqqət mərkəzində olub. “Yurd.media” informasiya portalının baş redaktoru Murad Əliyev iştirakçılara informasiyanın düzgün hazırlanması və təqdim edilməsi, press-relizin əsas prinsipləri, media ilə iş və informasiya təhlükəsizliyi məsələləri barədə məlumat verib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev tərəfindən keçirilən “Sosial medianın effektiv idarə edilməsi” sessiyasında isə sosial media strategiyasının hazırlanması, auditoriyanın marağına uyğun məzmunun formalaşdırılması və rəqəmsal platformalarda effektiv kommunikasiya üsulları müzakirə olunub.

ARB24 telekanalının icraçı direktoru Elnur Şibliyev “Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi” mövzusunda keçirilən sessiyada iştirakçılarla televiziya mediası ilə əməkdaşlığın xüsusiyyətlərini bölüşüb, kamera qarşısında çıxış və vizual kontentin hazırlanması ilə bağlı praktiki tövsiyələr verib.

Layihənin yekun sessiyasında “Media Akademiyası” layihəsinin rəhbəri, jurnalist Xanlar Mehdiyev “Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi” mövzusunda təlim keçib. Sessiyada böhran zamanı düzgün kommunikasiya strategiyasının qurulması, operativ qərarvermə, informasiyanın çevik idarə olunması və media ilə effektiv əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda iştirakçılar real kommunikasiya situasiyaları və praktiki tapşırıqlar üzərində işləyiblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq icra başçısı vəfat etdi

08.09.2026 14:46 Cəmiyyət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi -

08.09.2026 14:19 Ana səhifə

Tovuzda tarixi binalar baxımsızlıqdan dağılmaq üzrədir -

08.09.2026 12:56 Mədəniyyət

Birinciləri məktəbə NECƏ ÖYRƏŞDİRƏK? -

08.09.2026 12:29 Ana səhifə

Messi və Ronaldu eyni komandada:

08.09.2026 12:14 İdman

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib -

08.09.2026 12:03 Texnologiya

“SOS” MMC-nin növbə rəisi həbs edildi -

08.09.2026 11:33 Gündəm

Sabiq nazir: “Ali məktəblərə qəbul asan olmalıdır” -

08.09.2026 11:26 Ana səhifə

Bir neçə saniyəlik yuxu faciəyə səbəb ola bilər:

08.09.2026 11:18 Dünya

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir

08.09.2026 11:15 Hadisə

“Erməni evində Azərbaycan işığı” xəbəri

08.09.2026 10:50 Ana səhifə

Sabiq nazir: “İnsanları əlavə xərc çəkməyə, gərginlik yaşamağa məcbur edirlər” -

08.09.2026 10:42 Ana səhifə

Sentyabrın 22-nə qədər pulu çoxalacaq beş

08.09.2026 10:11 Cəmiyyət

Bu xanımlara yüksək vəzifə verildi

08.09.2026 09:53 Gündəm

Misir Mərdanov: “Test suallarının böyük əksəriyyəti dolaşdırıcıdır” -

08.09.2026 09:48 Ana səhifə

Jurnalistlərin Həmrəylik Günü:

08.09.2026 09:35 Media

Hava ilə bağlı narahatlıq doğuran xəbərlər yayıldı

08.09.2026 09:14 Cəmiyyət

Sabiq nazir təhsil sistemindəki problemlərdən danışdı:

08.09.2026 09:00 Ana səhifə

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək