Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “PAŞA Sığorta”nın rəhbər şəxsi
“PAŞA Sığorta”nın rəhbər şəxsi
Cəmiyyət

“PAŞA Sığorta”nın rəhbər şəxsi TƏBİB-də müşavir oldu

Xpress.az Redaksiyası 08.09.2026 15:17

İnarə Mirhəsənova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

 İnarə Vaqif qızı Mirhəsənova maliyyə və sığorta sektorlarında 20 illik peşəkar və idarəetmə təcrübəsinə malikdir.

O, Bakı Dövlət Universitetində bakalavriat və magistratura təhsilini fərqlənmə ilə başa vurub.

İ.Mirhəsənova peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində təcrübə qazanıb.

Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirən İ.Mirhəsənova qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələr tutub.

Yeni təyinatadək o, “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək