Vanlı Qara Heydər həbs edilib: “Qızıllar kirayədir”
"Vanlı Qara Heydər" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalan həbs olunub.
Xpress.az xəbər verir ki, Tançalan verdiyi ifadəsində həyat yoldaşına taxılan qızılların əslində borc götürüldüyünü bildirib:
"Həyat yoldaşıma taxdığım dəstlər, qolbaqlar və digər qızıllar əmanətdir. Maddi durumum çatmadığı üçün bu qızılları satın ala bilməmişdim. Keçmiş həyat yoldaşımla davam edən əmlak bölgüsü və aliment məhkəməsinə görə toy etmək üçün bir çox dostumdan borc pul almışdım. Maddi vəziyyətimin imkan vermədiyini yoldaşıma da deyə bilmədim. Bu səbəbdən zərgər dostumdan xahiş etdim, o da razılaşdı. Reklamlarını etməyimiz qarşılığında qızılları özləri gətirdilər."