Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil ADNSU-da “Bərpa olunan enerji resursları” mərkəzi...
ADNSU-da “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılışı olub -
Təhsil

ADNSU-da “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılışı olub - FOTO

Xpress.az Redaksiyası 08.09.2026 15:03

Sentyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bp şirkətinin sosial sərmayəsi hesabına yaradılan “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının açılış mərasimi keçirilib.

Universitetdən Xpress.az-a bildirilib ki, 1000 kvadratmetr sahəni əhatə edən yeni mərkəz və laboratoriyalar müasir texnologiyalarla təchiz olunmaqla tələbə və tədqiqatçıların bərpa olunan enerji sahəsində nəzəri biliklərini praktiki məşğələlərlə möhkəmləndirməsinə, müasir avadanlıq və texnoloji həllərlə işləmək bacarıqlarının inkişafına imkan yaradacaq.

Açılış mərasimində ADNSU rəhbərliyi, aidiyyəti dövlət qurumlarının, bp şirkətinin və tərəfdaş təşkilatların nümayəndələri, professor-müəllim heyəti, tələbələr, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov yeni mərkəz və laboratoriyaların universitet üçün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, belə bir müasir infrastrukturun yaradılması ADNSU-da universitet-sənaye əməkdaşlığının inkişafına, tələbələrin əmək bazarının tələblərinə uyğun hazırlanmasına və onların müasir texnologiyalar üzrə praktiki kompetensiyalarının artırılmasına mühüm töhfə verəcək. Yeni mərkəzin energetika, elektrik mühəndisliyi və enerji resursları sahələrində ADNSU-nun tarixi regional liderlik mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti, Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin fəxri zabiti (OBE) doktor Bəxtiyar Aslanbəyli çıxışında layihənin ərsəyə gəlməsində təhsil və sənaye əməkdaşlığının rolunu diqqətə çatdırıb. O, təşəbbüsün ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom proqramı ilə əlaqəsini qeyd edib. Bildirilib ki, belə layihələr ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsinə, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına və tələbələrin real sənaye mühiti ilə daha yaxından tanış olmasına imkan yaradır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Sətərova çıxışında ADNSU-da həyata keçirilən yeni layihələrin ali təhsilin inkişafına verdiyi töhfələrdən bəhs edib. O, yeni laboratoriyaların müasir bilik və bacarıqlara malik kadrların hazırlanması baxımından əhəmiyyətini vurğulayıb, keyfiyyətli təhsilin təmin olunmasında belə infrastruktur layihələrinin, eləcə də gənc tədqiqatçıların dəstəklənməsinin vacibliyini diqqətə çatdırıb.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə çıxışında bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və bu sahədə dayanıqlı nəticələrin əldə olunmasında ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, elmi-tədqiqat fəaliyyəti, innovativ yanaşmalar və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması bərpa olunan enerji sahəsinin inkişafının əsas istiqamətlərindəndir.

Açılış mərasimində iştirakçılara yeni mərkəz və laboratoriyaların texniki və funksional imkanları təqdim olunub. Qeyd edilib ki, laboratoriyaların ADNSU-nun təhsil mühitinə inteqrasiyası tələbə yönümlü praktiki hazırlığın gücləndirilməsinə, tədrisin müasir texnologiyalarla əlaqələndirilməsinə və tələbələrin peşəkar kompetensiyalarının inkişafına şərait yaradacaq.

Yeni laboratoriyalar, həmçinin ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında həyata keçirilən bərpa olunan enerji üzrə ikili diplom magistr proqramının tədris bazasının gücləndirilməsinə xidmət edəcək. Bu baxımdan mərkəz həm tədris, həm də elmi-tədqiqat fəaliyyəti üçün mühüm platforma rolunu oynayacaq.

Qeyd edək ki, “Bərpa olunan enerji resursları” mərkəzi və laboratoriyalarının yaradılması bp-nin bərpa olunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon ABŞ dolları məbləğində sosial sərmayə təşəbbüsünün yekun hissəsidir. Təşəbbüs 2021-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə bp arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır.

Açılış tədbiri çərçivəsində ADNSU-nun gənc tədqiqatçıları və ikili diplom proqramının iştirakçıları ilə görüş də keçirilib. Görüş zamanı yeni tədqiqat imkanları, elmi fəaliyyətin inkişafı və sənaye ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək