Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiy...
Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir
Siyasət

Ceyhun Bayramov: Azərbaycan Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsi prosesini izləyir

Xpress.az Redaksiyası 09.09.2026 15:35

"Tarixi Vaşinqton sammitində qəbul edilmiş mesajlar və qərarlar hamıya yaxşı məlumdur". 

Bu barədə jurnalistlərə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində mühüm addımlar atılıb.

"Bunun bariz nümunəsi vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də dövlət rəsmilərinin görüşləridir. Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamədə də qeyd olunur ki, prosesin başa çatdırılması üçün Ermənistanda yeni Konstitusiya qəbul edilməlidir. Bunun müddəti və vaxtı Ermənistanın daxili prosesidir. Seçkilərdən sonra Ermənistanın baş naziri də Konstitusiya mətninin ilin sonunda ictimaiyyətə təqdim olunacağı ilə bağlı yeni bəyannamələr səsləndirdi", – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi prosesi izləyir, rəsmi Bakının mövqeyi isə dəyişməz olaraq qalır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək