Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yolu Binəqədidən keçənlərin NƏZƏRİNƏ:
Yolu Binəqədidən keçənlərin NƏZƏRİNƏ:
Cəmiyyət

Yolu Binəqədidən keçənlərin NƏZƏRİNƏ: Hərəkət məhdudlaşdırılacaq

Xpress.az Redaksiyası 10.09.2026 19:11

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Agentliyin məlumatında sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək