Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Sabah"ın U19 komandası "Mançester Yunayted"ə
"Sabah"ın U19 komandası "Mançester Yunayted"ə
İdman

"Sabah"ın U19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu

Xpress.az Redaksiyası 10.09.2026 19:15

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk matçını keçirib.

Xpress.az oxu.az-a istinadla xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu komanda səfərdə "Mançester Yunayted"in qonağı olub.

İngiltərənin Li şəhərindəki "Li Sports Villic" stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Sabah"ın U19 komandası tarixində ilk dəfə iştirak etdiyi UEFA Gənclər Liqasının əsas mərhələsində həmçinin "Barselona", Vilyarreal" (hər ikisi İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Slaviya" (Çexiya) və "Vikinq" (Norveç) komandaları ilə mübarizə aparacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək