Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Bakı Uşaq və Gənclər Teatrında mövsümün açılışı ol...
Bakı Uşaq və Gənclər Teatrında mövsümün açılışı olub-Xankəndində də tamaşa göstəriləcək+
Mədəniyyət

Bakı Uşaq və Gənclər Teatrında mövsümün açılışı olub-Xankəndində də tamaşa göstəriləcək+ ÖZƏL+FOTO

Xpress.az Redaksiyası 11.09.2026 10:53

Xpress.az xəbər verir ki, Bakı Uşaq və Gənclər  Teatrında yeni teatr mövsümünün  açılış mərasimi keçirilib. Tədbir Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin təşkilatçılığı ilə Opera studiyasında keçirilib. Tədbirdə Aygün Həsənoğlunun "Gözlə məni məktəb" pyesi əsasında Mehman Piriyevin və Rauf Huseynlinin quruluşunda "Zamanda səyahət" tamaşası nümayiş olunub. Tədbirin sonunda MİHİ tərəfindən "Balaca həmkarlar 2: Kiçik əllərə böyük ümidlər daşıyırıq" layihəsi çərçivəsində 1 - ci sinifə gedəcək uşaqlara hədiyyələr təqdim olunub.
Hər il olduğu kimi Bakı Uşaq və Gənclər Teatrı bu il də mövsüm açılışını bir uşaq və bir böyüklər üçün tamaşa ilə nəzərdə tutub. Böyüklər üçün isə açılış "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Xankəndi şəhərində "Vətən" tamaşası ilə baş tutacaq. Bu tamaşanın isə sentyabr ayının 26-da nümayiş etdirilməsi planlaşdırılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək