Ana səhifə
"Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub oldu - VİDEO
Xpress.az Redaksiyası
11.09.2026 00:55
"Sabah" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.
Xpress.az xəbər verir ki, İngiltərədə "Mançester Yunayted"in qonağı olan Azərbaycan çempionu 4:0 hesabı ilə məğlub olub.
"Old Trafford" stadionunda baş tutan matçda qolları Mateus Kunya (27), Brunu Fernandeş (42), Benyamin Şeşko (45) və Lisandro Martines (68) vurublar.
Qeyd edək ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.