Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Kinoçuların gözü aydın — bəs kinonun?
Kinoçuların gözü aydın — bəs kinonun?
Mədəniyyət

Kinoçuların gözü aydın — bəs kinonun?

Xpress.az Redaksiyası 11.09.2026 15:31

 Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi.

İndi yəqin ki, ənənəvi cümlələri eşidəcəyik: kinoçuların gözü aydın, nəhayət, qalmaqallar bitəcək, kinonun üzərindən qara buludlar çəkiləcək...
Amma mənim ağlıma başqa sual gəlir:
Şəfiqə Məmmədova Azərbaycan kinosuna bundan sonra nə verə biləcək?

Bu sual sənətkarın yaradıcılığına hörmətsizlik deyil. Əksinə, məsələni şəxsdən çıxarıb instituta gətirmək cəhdidir.

Şəfiqə Məmmədova Azərbaycan teatr və kinosunun tanınmış simalarından, böyük aktrisalarından biridir. Onun sənətdəki xidmətlərini müzakirə etməyə ehtiyac yoxdur. Amma kino ittifaqına rəhbərlik başqa məsələdir. Kino artıq yalnız rejissor, aktyor və operatorun bir araya gəlib film çəkməsi deyil. Burada beynəlxalq əlaqələr, prodüserlik, müəllif hüquqları, kino bazarı, festival siyasəti, yeni texnologiyalar, gənc kadrların hazırlanması, ssenari sənayesi, xarici platformalara çıxış, tamaşaçı araşdırmaları və daha çox şey var.
Deməli, sual "Şəfiqə Məmmova yaxşı sənətkardırmı?" deyil.

Sual budur: O, bu gün Azərbaycan kinosunun qarşısında dayanan problemləri həll edə biləcək yeni idarəçilik modeli qura biləcəkmi?
Çünki Azərbaycan kinosunun əsas problemi bir sədrin dəyişməsi ilə həll olunacaq qədər sadə deyil.

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının özünün açıqladığı fəaliyyət istiqamətlərinə baxanda kino təhsili, milli filmlərin təbliği, festivalların dəstəklənməsi, kino nəşrləri, ssenari müsabiqələri və kinematoqrafçıların sosial müdafiəsi kimi kifayət qədər ciddi sahələr görünür.

Bunların hamısı vacibdir.
Amma bir sual yenə qalır:
Bunları niyə məhz bu formada edən quruma ehtiyacımız var?

AKİ-nin kökü 1963-cü ilə gedib çıxır.  Sovet dövründə kino ittifaqları yalnız peşəkarların yaradıcı birliyi deyildi; bütövlükdə həmin dövrün mədəni sisteminin bir hissəsi idi.
İndi isə başqa ölkə, başqa iqtisadiyyat, başqa kino bazarı, başqa texnologiya, başqa tamaşaçı var.
İnternet var. Netflix var. YouTube var. Müstəqil prodakşn şirkətləri var. Beynəlxalq film festivalları var. Kino Agentliyi var. Özəl kino məktəbləri, festival təşkilatçıları, prodüserlər, ssenaristlər və yeni nəsil rejissorlar var.

Belə bir dövrdə 1960-cı illərin təşkilati modelindən gələn "ittifaq" anlayışını olduğu kimi saxlamaq nə qədər doğrudur?

Mən "Kinematoqrafçılar İttifaqı ləğv edilməlidir" deməzdim.
Mən deyərdim ki, ittifaq özünü yenidən icad etməlidir.

Əgər bu qurum yalnız tədbir keçirəcək, yubileyləri qeyd edəcək, kino xadimlərinə fəxri adlar və mükafatlar ətrafında görünəcək, köhnə münasibətləri qoruyacaqsa, onun mövcudluğunun mənası getdikcə azalacaq.Bu gün Şəfiqə Məmmovanın qarşısında əslində çox maraqlı bir imkan var. O, öz sədrliyini "köhnə ittifaqın növbəti rəhbəri" kimi deyil, köhnə ittifaqı XXI əsrin kino institutuna çevirən şəxs kimi tarixə yaza bilər.
Bunun üçün isə ilk növbədə kreslonu deyil, funksiyanı dəyişmək lazımdır.
Kinoçuların gözü aydın deməyə hələ tezdir.

Əvvəl baxaq görək, kinonun gözü nə vaxt açılacaq.

Günel Musa

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək *ELM* promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə *8 sınaq və 240 sualdan ibarət X8 paketi cəmi 50 qəpiyə* təqdim olunur. 
    Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək: +994 10 526 82 79 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək