Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Şuşada keçirilən tədbir yeni ənənənin əsasını qoyu...
Şuşada keçirilən tədbir yeni ənənənin əsasını qoyur
Dünya

Şuşada keçirilən tədbir yeni ənənənin əsasını qoyur - Hikmət Hacıyev

Xpress.az Redaksiyası 11.09.2026 21:24

Şuşada Meksikanın Müstəqillik Günü ilə bağlı tədbirin keçirilməsi diplomatik praktikada yeni ənənənin əsasını qoyur.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni diplomatik məkanların yaranması ölkənin diplomatik protokol praktikasını zənginləşdirib.

O, təşəbbüsə görə Meksika tərəfinə təşəkkür edib və diplomatik korpusun digər nümayəndələrini də gələcəkdə oxşar tədbirlərə qoşulmağa dəvət edib:

“Azərbaycan belə təşəbbüsləri ev sahibi ölkə kimi dəstəkləməyə hazırdır”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək