Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkə...
DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi
Formula-1

DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi AÇIQLANDI

Xpress.az Redaksiyası 18.09.2026 10:42

Formula 1 Azərbaycan Qran-Prisi zamanı şəhər sakinlərinin və sürücülərin rahatlığını təmin etmək üçün bir sıra əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.
 
Bakı Şəhər Halqasından  verilən məlumata görə, həmçinin, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz təşkil olunacaq.

Yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.

İlkin məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcəkdir. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
 

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.


Bununla yanaşı, son üç ilin təcrübəsinə əsasən, şəhər sakinlərinin və sürücülərin rahatlığı üçün yarış müddətində bəzi əsas yollar müəyyən saatlarda nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Belə ki, 21 və 22 sentyabr tarixlərində aşağıda sadalanan giriş-çıxış nöqtələri səhər 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmadan nəqliyyatın hərəkəti üçün sərbəst olacaq.

23 sentyabrda isə qeyd olunan yollar səhər 07:00-dan 09:00-dək, axşam 20:00-dan 22:00-dək nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Giriş nöqtələri:

- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

- M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

- S. Vurğun küçəsindən Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;

- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;

- Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.

Çıxış nöqtələri:

- Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;

- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

- Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
 

Qeyd olunan müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin olunacaq.


Tranzit dəhlizləri açıq olduğu müddətdə, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, sərnişinlərin minməsi və enməsinə icazə verilməyəcək. Tranzit dəhlizlərində sürət həddi 50 km/saat olacaq.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərdə keçiriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

DTX 5 ölkədə antiterror əməliyyatı keçirib,

18.09.2026 10:27 Hadisə

Bu gün Milli Musiqi Günüdür

18.09.2026 09:03 Mədəniyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar -

18.09.2026 08:59 Cəmiyyət

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub

17.09.2026 17:54 Gündəm

Tarixi həqiqət, milli irs və ərazi bütövlüyü:

17.09.2026 17:46 Ana səhifə

Maddi və qeyri-maddi mədəni irsin UNİKAL NÜMUNƏSİ:

17.09.2026 17:22 Ana səhifə

DİQQƏT! Bu məhsullar bazardan yığışdırılır

17.09.2026 17:19 Cəmiyyət

Cəmi 4 gün iş olmayacaq -

17.09.2026 17:05 Cəmiyyət

Gömrük Komitəsi 8 ədəd avtomobil alır

17.09.2026 15:55 Cəmiyyət

“Baku Digital” şirkəti cərimələndi -

17.09.2026 15:30 Cəmiyyət

Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər -

17.09.2026 15:00 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək