Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Formula-1 İlham Əliyev və Mehriban Əliyeva Formula 1 yarışın...
İlham Əliyev və Mehriban Əliyeva Formula 1 yarışına baxıblar
Formula-1

İlham Əliyev və Mehriban Əliyeva Formula 1 yarışına baxıblar

Xpress.az Redaksiyası 26.09.2026 19:58

Sentyabrın 26-da Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu – yubiley yarışına sentyabrın 24-də start verilib. Bu yarışı izləmək üçün paytaxt Bakıya rekord sayda – 16 mindən çox xarici turist gəlib. Yarışda hər biri iki pilotdan ibarət 11 komanda mübarizə aparıb.

 Komandalar ilk gündə iki sərbəst yürüşdə yarışıblar. Bu yürüşlərdə yüksək nəticə göstərən pilotlar ardınca sıralama turunda mübarizəni davam etdiriblər. Sıralama turunun yekununda "Mercedes"in pilotu Corc Rassell 6 kilometrlik Bakı trekində poul qazanaraq əsas yarışı ilk pillədən başlamaq hüququ əldə edib. "Ferrari"nin pilotu Şarl Lekler ikinci, "McLaren" təmsilçisi Oskar Piastri üçüncü yerdə qərarlaşıblar.

Sentyabrın 26-da keçirilən əsas yarışda pilotlar Bakı şəhər halqasında 2 saat ərzində 51 dövrə vurublar. Yarış “Mercedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatıb. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.

Xatırladaq ki, Azərbaycan Formula 1 yarışlarına onuncu dəfədir ev sahibliyi edir.

2016-cı ildə təşkil olunan və Avropa Qran-Prisi adlandırılan ilk yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Yarış növbəti ildən Azərbaycan Qran-Prisi adlandırılıb.

**16:52

Bakı şəhər halqasında "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər.


***15:26

Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilir.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək