Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Sürücülük imtahanları sərtləşdirilir?
Sürücülük imtahanları sərtləşdirilir?
Cəmiyyət

Sürücülük imtahanları sərtləşdirilir?

Xpress.az Redaksiyası 22.10.2026 09:15

Rusiyada sürücülük vəsiqəsi almaq istəyənləri yeni qaydalar gözləyir. 2027-ci il martın 1-dən etibarən sürücülük imtahanlarının audio-video qeydiyyatının aparılması nəzərdə tutulur. Yeniliyin əsas məqsədi imtahan prosesində şəffaflığın artırılması və mümkün mübahisəli halların qarşısının alınmasıdır.

Bəs Rusiyada tətbiq olunacaq bu təcrübə Azərbaycanda da reallaşdırıla bilərmi?

Nəqliyyat üzrə ekspert Orxan Şərifovun Bizim.Media-ya verdiyi açıqlamaya görə, Azərbaycanda sürücülük imtahanı prosesinə dair artıq müəyyən texniki tələblər var.

Belə ki nəzəri imtahan zalında videokameralar mövcuddur. Praktiki imtahanlarda isə avtomobillərdən istifadəsi zamanı sürüş prosesini qeydə alan videokameralarla təchiz edilib.  

“Sürücülük vəsiqəsinin verilməsi “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin IV-I hissəsinə əsasən təyin olunur. Bu zaman imtahan zalında videokamera olmalı, imtahan prosesi isə interaktiv monitorlarda əks etdirilməlidir. Yəni qanun imtahan zalında videokameranın olmasını nəzərdə tutur. Lakin bu, bütün imtahan prosesinin səs və görüntü ilə fasiləsiz qeydə alınması demək deyil. Hər halda Rusiyada tətbiqi planlaşdırılan audio-video qeydiyyatında səsin də qeydə alınması məsələsi diqqət çəkir. Əlbəttə ki, Azərbaycanda da Rusiyadakı kimi audio-video qeydiyyatının tətbiq edilməsi imtahanların şəffaflığını artırmaq və hər hansı mübahisəli vəziyyətin qarşısını almaq üçün faydalı ola bilər”.

Ekspert diqqətə çatdırdı ki, belə bir sistemin tətbiq edilə bilməsi texniki cəhətdən mümkün olsa da, həyata keçirilməsi rəsmi qərarla qüvvəyə minməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ermənistan həmin çobanı Azərbaycana qaytarır

22.10.2026 10:38 Cəmiyyət

Qahirə Hüseynovaya yüksək vəzifə verildi

22.10.2026 10:27 Cəmiyyət

Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi

22.10.2026 10:01 Cəmiyyət

Yaxın günlərdə arzularına çatacaq 3 bürc

22.10.2026 09:52 Cəmiyyət

Hər səhər nə yeməliyik?

22.10.2026 09:00 Sağlamlıq

Dünyanın ən sürətlə istiləşən şəhərində fəlakət – İçməli su zəhərləndi, qadağa qoyuldu

22.10.2026 08:27 Dünya

"28 Mall"ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

22.10.2026 07:56 Gündəm

Evinin “kupça”sı olmayanlara şad xəbər - Yeni sistem qurulur

21.10.2026 21:42 Cəmiyyət

Katzdan İrana sərt xəbərdarlıq: “İsrailə hücum edərsə, yanacaq”

21.10.2026 20:41 Dünya

Ərdoğan Əliyevlə danışdı

21.10.2026 20:00 Cəmiyyət

Kartla ödəniş edənlərə şad xəbər – Yeni qərar gündəmdə

21.10.2026 17:22 İqtisadiyyat

Köhnə binalardakı mənzillər niyə yeni tikililərdən bahadır?

21.10.2026 17:11 Cəmiyyət

Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir?

21.10.2026 16:58 Dünya

DSK-da bu şöbələr ləğv edildi

21.10.2026 16:17 Cəmiyyət

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə

21.10.2026 15:48 Cəmiyyət

“Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü

21.10.2026 15:30 Cəmiyyət

Naxçıvanda vəzifəli şəxs saxlanıldı

21.10.2026 14:51 Cəmiyyət

Həkim bu xəstəliklərlə bağlı

21.10.2026 14:29 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək