Cəmiyyət
Ermənistan həmin çobanı Azərbaycana qaytarır
Xpress.az Redaksiyası
22.10.2026 10:38
Ermənistanın Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının ölkə ərazisinə keçdiyini təsdiqləyib.
Bu barədə Ermənistan MTX məlumat yayıb.
Bildirilib ki, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı, 58 yaşlı Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb.
Aparılan yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının yolu azdığı üçün Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.
MTX-dan bildirilib ki, Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülür.