Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "28 Mall"ın yaxınlığında vəfat edən şəxs xarici və...
"28 Mall"ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub
Gündəm

"28 Mall"ın yaxınlığında vəfat edən şəxs xarici vətəndaş olub

Xpress.az Redaksiyası 22.10.2026 07:56

Xəbər verdiyimiz kimi Bakının 28 May ərazisində, "28 Mall" ticarət mərkəzinin yaxınlığında ölüm hadisəsi baş verib.

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, vəfat edən şəxsin 82 yaşlı Türkiyə vətəndaşı olduğu bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək