Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İki min il yaşı olan məbəd -
İki min il yaşı olan məbəd -
Ana səhifə

İki min il yaşı olan məbəd - FOTO

Xpress.az Redaksiyası 21.10.2026 12:28

Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil edilib. 

Xpress.az xəbər verir ki, mediaturun məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqları ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat verilib.

Mediatur iştirakçıları növbəti gün “Kiş” Tarix-Memarlıq Qoruğunda, o cümlədən Qafqazın ən qədim apostol məbədi sayılan Kiş Alban Məbədində də olublar. Onlara məlumat verilib ki, iki min il yaşı olan bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir.

"Kiş" Tarix-Memarlıq Qoruğunun bələdçisi Gülnaz Rəsulova qeyd edib ki, məbəd həm memarlıq abidəsi kimi, həm də tarixi abidə kimi dəyərlidir: "Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub. Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixini, mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir".

 Gülnaz Rəsulova vurğulayıb ki, “Kiş” Tarix-Memarlıq Qoruğu nu (Alban məbədi) 2026-cı ilin yanvar-sentyabr aylarında, ümumilikdə 40 278 turist bilet alaraq ziyarət edib: "Onlardan 21 615-i yerli (53,66 faiz), 18 663-ü xarici (46,34 faiz) turistdir. 9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib".

Türkanə EYYUBOVA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək