Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub
Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub
Siyasət

Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub

Xpress.az Redaksiyası 29.10.2026 12:04

Vəzifəli şəxslər üçün məhdudiyyətlər məlum olub.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.

Hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadə ilə əlaqədar məhdudiyyətlər "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunla müəyyən edilir.

Vəzifəli şəxs özünün və digər şəxslərin şəxsi marağı olan məsələlərlə bağlı, o cümlədən hər hansı formada gəlir əldə etdiyi fiziki və ya hüquqi şəxslərlə əlaqədar münasibətlərdə qurumu nümayəndə qismində təmsil edə bilməz. Vəzifəli şəxs qulluq etdiyi dövr ərzində qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Vəzifəli şəxs vəzifədən azad edildikdən və ya səlahiyyətlərinə xitam verildikdən sonra 2 (iki) il müddətində işlədiyi qurumun işləri üzrə üçüncü şəxslərin nümayəndəsi ola bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, səlahiyyətli subyektlərin rəyi olmadan vəzifəli şəxs əsas və əlavə iş yerində əlavə vəzifə tuta (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə), kənar fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs o halda əlavə vəzifə (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) tuta və ya kənar fəaliyyətlə məşğul ola bilər ki, əlavə vəzifənin (o cümlədən əvəzçilik və ya müvəqqəti əvəzetmə üzrə) və ya kənar fəaliyyətin icrası əsas vəzifənin icrası ilə maraqlar toqquşması yaratmasın və əsas vəzifənin effektiv icrasına mane olmasın. İş vaxtından kənar vaxtlarda göstərilən və xidməti vəzifələrin icrası ilə əlaqədar olmayan fəaliyyət maddi və sair nemət, imtiyaz və ya güzəşt əldə etməyə yönəlmədiyi halda kənar fəaliyyət hesab edilmir. Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə Konstitusiya və qanunlara uyğun məşğul ola bilər.

Vəzifəli şəxs reklamla məşğul ola və şəxsi maraq, o cümlədən hər hansı haqq əvəzinə sahibkara, onun istehsal və ya idxal etdiyi mala (gördüyü işə və göstərdiyi xidmətə) münasibət bildirə bilməz.

Vəzifəli şəxs qulluq funksiyalarının icrası ilə bağlı xidməti məlumatlardan, xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi qanunla qorunan sirlərdən işlədiyi müddətdə və vəzifə səlahiyyətlərinə xitam verildikdən sonra xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün, o cümlədən özünün, yaxud üçüncü şəxslərin xeyrinə istifadə edə bilməz.

Vəzifəli şəxs dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan məqsədlər üçün istifadə edə bilməz.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı -

29.10.2026 12:56 Cəmiyyət

Bayramov: TDT-nin BMT-də müşahidəçi olması üçün səyləri artırmalıyıq

29.10.2026 12:35 Siyasət

İlham Əliyev Ərdoğanı təbrik edib -

29.10.2026 11:32 Siyasət

Azərbaycanda dollara maraq azalır:

29.10.2026 11:08 İqtisadiyyat

Yeni Ombudsman seçiləcək

29.10.2026 10:52 Siyasət

Bakıda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

29.10.2026 10:35 Hadisə

Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb

29.10.2026 10:23 Hadisə

Azərbaycan rəqabət siyasətinin prioritetlərini müəyyən edib

29.10.2026 09:57 İqtisadiyyat

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib

29.10.2026 09:52 Siyasət

Xankəndidə MDB Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 09:44 Siyasət

Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

29.10.2026 08:30 Dünya

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib

28.10.2026 21:39 Cəmiyyət

Pərviz Abubəkirov vəzifəsindən ayrılıb

28.10.2026 20:49 Media

Azərbaycanın ticarət xəritəsi dəyişib

28.10.2026 20:22 Cəmiyyət

Saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq

28.10.2026 20:03 Texnologiya

Azərbaycanda aliment artırılacaq

28.10.2026 18:56 Cəmiyyət

"Rabitəbank"da yeni təyinatlar - "Bank BTB"dən gələnlər də var

28.10.2026 18:34 İqtisadiyyat

Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 18:15 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək