Azərbaycanın ticarət xəritəsi dəyişib - Ən çox alış-veriş etdiyimiz ölkələr
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın əsas ticarət tərəfdaşları ilə dövriyyəsində fərqli dinamika müşahidə olunub. Bəzi ölkələrlə ticarət əlaqələrinin həcmi əhəmiyyətli dərəcədə artdığı halda, digərləri ilə azalma qeydə alınıb.
Hesabat dövründə Azərbaycanın ən böyük ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3,19% artaraq 9 milyard 188,8 milyon ABŞ dollarına çatıb.
Ən yüksək artım Böyük Britaniya ilə ticarətdə qeydə alınıb. Bu ölkə ilə dövriyyə 289,39% artaraq 3 milyard 720,7 milyon dollara yüksəlib. Rusiya ilə ticarət dövriyyəsi isə 26,64%, ABŞ ilə 24,79%, Almaniya ilə 10,85% azalıb.