Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Qanu...
Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib
Cəmiyyət

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib

Xpress.az Redaksiyası 28.10.2026 21:39

İclasda rəqabət siyasəti üzrə aktual məsələlər müzakirə olunub və növbəti gün baş tutacaq MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında nəzərdən keçiriləcək mövzular üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.


Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini – dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi mühüm sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. Eyni zamanda, Qərargahın fəaliyyətinin yeni istiqamətləri və dövlətlərarası əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.
Qeyd: MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətəzidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasına töhfə vermək və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Pərviz Abubəkirov vəzifəsindən ayrılıb

28.10.2026 20:49 Media

Azərbaycanın ticarət xəritəsi dəyişib

28.10.2026 20:22 Cəmiyyət

Saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq

28.10.2026 20:03 Texnologiya

Azərbaycanda aliment artırılacaq

28.10.2026 18:56 Cəmiyyət

"Rabitəbank"da yeni təyinatlar - "Bank BTB"dən gələnlər də var

28.10.2026 18:34 İqtisadiyyat

Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 18:15 Mədəniyyət

Ramiz Mehdiyevin “qara siyahı"sına düşən YAP üzvü:

28.10.2026 17:40 Ana səhifə

Tokenləşdirilmiş səhmlər populyarlaşır: yeni texnologiyalar maliyyə bazarlarını necə dəyişir?

28.10.2026 17:04 İqtisadiyyat

Özünü "generalın adamı" kimi təqdim edən sahibkar HƏBS EDİLDİ

28.10.2026 15:58 Cəmiyyət

Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub -

28.10.2026 15:54 Ana səhifə

Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb

28.10.2026 15:39 Cəmiyyət

Amazonun gizli sakinləri:

28.10.2026 14:50 Dünya

Azərbaycan 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

28.10.2026 14:38 Cəmiyyət

Bu hərəkəti edən müdirlər 5 min manat cərimələnə bilərlər

28.10.2026 14:02 İqtisadiyyat

Gələn il yaşayış minimumu 4,6 faiz artacaq

28.10.2026 13:55 Cəmiyyət

İspaniyada sürət qatarları toqquşub,

28.10.2026 13:36 Dünya

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

28.10.2026 13:33 Media

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

28.10.2026 12:24 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək