Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Postsovet ölkəsində vacib qərar verildi
Postsovet ölkəsində vacib qərar verildi
Gündəm

Postsovet ölkəsində vacib qərar verildi

Xpress.az Redaksiyası 28.10.2025 10:28

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib. Belə ki, ölkə milli “stablecoin”ini buraxacaq və dövlət sektorunda Mərkəzi Bankın rəqəmsal valyutasını (MBRV) tətbiq edəcək. 

Azərbaycanın da öz kriptovalyutası ola bilərmi?

Xpress.az  xəbər verir ki , Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda bir sıra ölkələrdə Mərkəzi Banklar dövriyyəyə rəqəmsal valyutalar buraxır:

“Bu alətlər dünyada aktiv investisiya vasitəsi kimi istifadə olunur. Bir müddət əvvəl Azərbaycanda da “AzCoin” adlı rəqəmsal valyutanın tədavülə buraxılması məsələsi müzakirə olundu, lakin bu barədə yekun qərar qəbul edilmədi. Hesab edirəm ki, hazırkı mərhələdə buna ciddi ehtiyac yoxdur. Onların gələcəkdə hansı formada fəaliyyət göstərəcəyi və davamlı olub-olmayacağı məsələsi hələ də açıq qalır. İqtisadçı kimi mən bu valyutalara riskli maliyyə aləti kimi yanaşıram. Çünki onların dəyəri əsasən tələb və təklif əsasında formalaşır, arxasında dövlət təminatı və ya real əmtəə dayanmır”.

Ekspert bildirib ki, rəqəmsal valyuta əsasən bazarda mövqe qazanmaq, birja əməliyyatlarında iştirak etmək və qısamüddətli gəlir əldə etmək məqsədi daşıyır:

“Yəni bunun rəsmi tədavül vasitəsi kimi istifadəsi risklidir. Belə addım yalnız geniş iqtisadi araşdırmalardan və uzunmüddətli qiymətləndirmələrdən sonra atılmalıdır”.  

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək