Dünya
Qızıl mədəni faciəsi: 14 ölü...
Xpress.az Redaksiyası
14.10.2025 21:19
Venesuelada güclü yağışlar nəticəsində El Kallao şəhərində yerləşən qızıl mədəni çöküb.
Xpress.az xəbər verir ki, axtarış-xilasetmə qruplarının verdiyi ilkin məlumata görə, hadisə zamanı 14 şaxtaçı həyatını itirib.
Mədən şaxtalarındakı suyun boşaldılmasından sonra çökmədə qapalı qalan işçilərin xilas edilməsi üçün işlərə başlanıb. Xilasetmə komandaları digər mədənçilərin verdiyi ifadələrdən istifadə edərək, xilasetmə əməliyyatlarını davam etdirir.
Rəsmi qurumlar vəziyyətlə bağlı əlavə məlumatların tezliklə açıqlanacağını bildirirlər.