Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Repetitor lazımdırmı?
Repetitor lazımdırmı?
Təhsil

Repetitor lazımdırmı? - Sabiq nazir açıqladı

Xpress.az Redaksiyası 24.10.2025 14:11

Bir neçə il bundan öncəyə qədər şagirdlər həm repetitor yanına, həm də orta məktəbin sonuncu siniflərində məktəbə davamlı şəkildə gedirdilər. Amma son zamanlar repetitorla məşğul olan uşaqlarda  məktəbə maraq zəifləyib, davamiyyət azalıb. Hətta hazırlıq dərslərini belə dərs zamanı məktəbdə edirlər. Bəzi məktəblərdə isə ümumiyyətlə normal dərs keçirilmir. Bundan əlavə, universitetə daxil ola bilməyən məzunlar çox ağır stress keçirirlər. Hətta sağlamlıqla bağlı problemlər yaşayırlar.

Bu problemlərlə bağlı fikirlərini Xpress.az-a açıqlayan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, sabiq təhsil naziri Misir Mərdanov bildirib ki, hazırda ölkədə məktəblilərin əksəriyyəti repetitor yanına gedir.

Onun qənaətincə, repetitor sistemi təhsili tamam gözdən salıb: “Azərbaycada bu gün hamı repetitor yanına gedir. Bu repetitor sistemi təhsili tamam gözdən salıb. Təəssüflər olsun ki, repetitor yanına gedən şagirdlərin məktəbə davamiyyəti çox zəifləyib. Getdikcə uşağın məktəblə bağı kəsilir. Belə getsə heç də yaxşı sonluqla nəticələnməyəcək. Hər kəs bunun qarşısını almaq üçün nələrsə etməlidir".

Professorun sözlərinə görə, ən böyük  problemlərdən biri “hamı universitetə daxil olmalıdır” şüarıdır: “Repetitor yanına gedib zorla bir-iki sözü əzbərləyərək universiteta daxil olmaq üçün gecə-gündüz çalışıb özlərinə əziyyət edirlər. Təbii ki, valideynlər də, şagirdlər də çox böyük stres keçirirlər. Ümumiyyətlə, mən deyərdim ki, "hamı universitetə daxil olmalıdır " fikirini aradan qaldırmaq lazımdır. Məktəblərdə normal dərslər keçirilsin, hansısa peşə məktəbinə meyilli olan uşağı valideyn universitetə daxil olmağa məcbur etməməlidir. Çox yaxşı olar ki, onları istədikləri peşəyə yönəltmək üçün şərait yaratsalar. Belə olan halda bu qədər gərginlik olmaz. Əksər məktəblərdə normal dərslərin keçirilməməsinə gəlincə, mən inanıram və ümid edirəm ki, dövlət bu məsələnin qarşısını almaq üçün lazımlı addımlar atacaq”.

Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək