Dünya
Şimali Koreyanın keçmiş lideri VƏFAT ETDİ
Xpress.az Redaksiyası
04.11.2025 19:00
1998–2019-cu illərdə Şimali Koreya (KXDR) Konstitusiyasına əsasən dövlətin ən yüksək vəzifəli şəxsi olan Kim Yon Nam 97 yaşında xərçəngdən vəfat edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
KCNA-nın məlumatında bildirilir:
"Kim Yon Namın həyatı ən yüksək şərəf, saf sədaqət və böyük qabiliyyətlə inqilaba sadiq qalan, Partiyanın və liderin qayğısı ilə əhatə olunmuş bir inqilabçının parlaq həyatı idi."