Dünya
Xarkovda partlayış səsləri: Rusiya ordusu Ukrayna mövqelərini vurdu
Xpress.az Redaksiyası
02.11.2025 08:40
Xpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Şimal” qrupuna daxil olan hərbçilər Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin minomyot bölməsinə aid müvəqqəti düşərgəni və atəş mövqeyini məhv ediblər.
Bildirilib ki, dronlar vasitəsilə əldə edilən kəşfiyyat məlumatları əsasında hədəflərə atəş zərbələri endirilib. Nazirliyin yaydığı real vaxt görüntülərində hədəflərin məhv edildiyi təsdiqlənib.