Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Kriminal Bakıda yetkinlik yaşına çatmayan şəxsi dilənçilik...
Bakıda yetkinlik yaşına çatmayan şəxsi dilənçilik etdirənlə bağlı
Kriminal

Bakıda yetkinlik yaşına çatmayan şəxsi dilənçilik etdirənlə bağlı QƏRAR

Xpress.az Redaksiyası 13.10.2025 08:59

Bakı Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan şəxsi məcburi əməyə məcbur etməkdə təqsirləndirilən Vüsal Cəfərovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Vüsal Cəfərov 2023-cü ilin sentyabr ayının ortalarında, tamah məqsədilə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi və hədə-qorxu gəlməklə 2017-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Maqsud Bəhlulovun (adı, soyadı şərtidir) nəzarətsiz qalmasından istifadə edib, onu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindəki nömrəsiz evin yaxınlığından götürərək özünün evinə aparıb.


Sonradan o, yetkinlik yaşına çatmayan zərərçəkmişi dilənçilik etməyə və gündəlik pul gətirməyə məcbur edib, tapşırıqları yerinə yetirməyəcəyi və ya evdən icazəsiz çıxacağı təqdirdə onu və ailə üzvlərini hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədələyərək psixi təzyiq göstərib.


Həmçinin Vüsal zor tətbiq etməklə – əl və ayaqları ilə döyməklə, əlinə yanan siqaret kötüyü basmaqla zərərçəkmişə müxtəlif yüngül dərəcəli xəsarətlər yetirib, azadlığını məhdudlaşdıraraq onu 2023-cü ilin sentyabr ayının ortalarından 2024-cü ilin yanvar ayının ortalarına qədər müddətdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində gündəlik 30-120 manat pul gətirmək məqsədilə dilənçiliyə məcbur edib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək