Kriminal
Bir yaşlı körpə su quyusuna düşərək ÖLÜB
Xpress.az Redaksiyası
29.10.2025 15:15
İsmayıllı rayonunda bir yaşlı körpə su quyusuna düşərək ölüb.
Hadisə rayonun Diyallı kəndində qeydə alınıb.
2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib. Körpənin meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.