Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Kamala Harris 2028-ci ildə prezident seçkilərində...
Kamala Harris 2028-ci ildə prezident seçkilərində iştirak edə bilər
Siyasət

Kamala Harris 2028-ci ildə prezident seçkilərində iştirak edə bilər

Xpress.az Redaksiyası 25.10.2025 16:25

ABŞ-ın keçmiş vitse-prezidenti Kamala Harris BBC-yə verdiyi müsahibədə gələcəkdə yenidən prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib.

Xpress.az xəbər verir ki, Londonun mərkəzində “Sunday with Laura Kuenssberg” proqramına müsahibə verən Harris, siyasi karyerasının hələ bitmədiyini bildirib:

“Mən hələ tamamlamamışam. Xidmət etmək mənim qanımdadır, bu, həyat tərzimdir”, – deyə o qeyd edib.

Kamala Harris 2024-cü ildə Donald Trampa uduzsa da, 2028-ci ildə Ağ Ev uğrunda yenidən mübarizə aparmaq niyyətində ola biləcəyini söyləyib. O, gələcəkdə bir qadının ABŞ prezidenti olacağına inandığını vurğulayıb və “ola bilsin, bu mən olum” ifadəsini işlədib.

Siyasətçi həmçinin Trampı “diktator” adlandıraraq, onun ədliyyə sistemindən və federal qurumlardan siyasi rəqiblərinə qarşı istifadə etdiyini bildirib:

“O, Ədliyyə Nazirliyini silaha çevirəcəyini demişdi və indi məhz bunu edir. Tənqidə dözə bilmir, bir zarafat üçün bütün media orqanını susturmağa çalışır.”

Harris ABŞ biznes dairələrini və bəzi təsisatları da “hakimiyyətə yaxın olmaq üçün Trampın qarşısında diz çökməkdə” ittiham edib.

Ağ Ev sözçüsü isə Harris-in bu açıqlamalarına sərt reaksiya verib:

“Kamala Harris seçkiləri uduzdu və amerikalılar onun yalanlarına inanmadı. İndi də xarici mediada narazılığını dilə gətirir,” – deyə bəyanatda bildirilib.

Kamala Harris hazırda “107 Gün” adlı kitabını təqdim edir. Kitabda o, Co Baydenin yarışdan çəkilməsindən sonra qısa müddət ərzində apardığı prezident kampaniyasını və həmin dövrdəki çətinlikləri təsvir edib.

Harris müsahibəsində Baydenin sağlamlıq vəziyyəti və kampaniyanın gedişi ilə bağlı suallara konkret cavab verməsə də, 2024-cü ildəki məğlubiyyətinin əsas səbəbi kimi “gec start götürməsini” göstərib.

Hazırda kitab turnesi ilə Avropa ölkələrini gəzən Harris siyasi arenadan tam uzaqlaşmaq niyyətində olmadığını açıq şəkildə göstərib. Müşahidəçilər hesab edirlər ki, onun bu səfərləri 2028-ci il seçkiləri üçün yeni kampaniyanın başlanğıcı ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək