Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Mehdiyevin 50 nəfərlik siyahısındakı müxalifət nüm...
Mehdiyevin 50 nəfərlik siyahısındakı müxalifət nümayəndələri –
Siyasət

Mehdiyevin 50 nəfərlik siyahısındakı müxalifət nümayəndələri – Adlar

Xpress.az Redaksiyası 29.10.2025 17:59

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanlandığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi “Dövlət Şurası”nda kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.

Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə – fəaliyyətinə nəzarəti 50 üzvdən – təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən – ibarət Dövlət Şurası təmin edəcək. Mehdiyevin “Dövlət Şurası”nda təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqda məlumatlar var.

Mehdiyevin komandasında yer alacaq 50 nəfərin tam siyahısı hələ məlum olmasa da, Teleqraf İnformasiya Agentliyi “Dövlət Şurası”nda yer alacaq müxalifət nümayəndələrindən 2 nəfərin kimliyi haqda məlumat əldə edib.

Mənbənin məlumatına görə, siyahıda yer alan müxalifət düşərgəsindəki şəxslərdən biri AXCP sədri Əli Kərimli, digəri isə Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir. Əli Kərimlinin hələ 90-cı illərin ikinci yarısında – Əbülfəz Elçibəyin sağ olduğu vaxtlarda ona xəyanət edərək, Ramiz Mehdiyevin “çətiri” altına keçdiyi və uzun illər onun təlimatı ilə fəaliyyət göstərdiyi məlumdur. Ramiz Mehdiyevin 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin gündəmdən düşməsi, mitinq və piketlərə son qoyulması da bunu isbat edən əsas məqamlardandır. Çünki Mehdiyev vəzifədə olduğu dövrdə Əli Kərimlinin “ana müxalifət” və “hakimiyyətə təhdid yaradacaq gücə malik olması” haqqında eyforiya yaradılır, mitinq və piketlərlə gündəmdə qalırdı. Mənbə bildirir ki, Ramiz Mehdiyev və Əli Kərimli arasında müxalifətin fəaliyyətinin koordinasiya edildiyi gizli əlaqə var idi.

Ramiz Mehdiyev Əli Kərimlini necə idarə edib?

Bu əlaqəni quran şəxsin isə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun olduğu deyilir.

Teleqraf-ın məlumatına görə, Əli Həsənov 2000-ci illərin əvvəllərində “Gənclik” metrosunun yaxınlığındakı restoranların birində Əli Kərimli ilə görüşüb. Həmin görüşdə gələcək əməkdaşlığın konturları cızılıb. Sonralar isə Ə.Həsənov öz adamı vasitəsilə R.Mehdiyevin tapşırıq və təlimatlarını AXCP sədrinə çatdırıb. Ramiz Mehdiyev və Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra Əli Kərimlinin siyasi fəaliyyətinin zəifləməsi, aksiyalara son qoyulması, ümumiyyətlə, gündəmdən çıxması da bununla bağlıdır. Çünki Ramiz Mehdiyev və Əli Həsənov Əli Kərimlini gündəmdə saxlamaqla “hakimiyyətə real təhdid olduğunu” və “onlar tərəfindən bu təhdidin qarşısının alındığı” görüntüsünü yaradır, öz vəzifələrini bu yolla qorumağa çalışırdılar. Əli Kərimli də Ramiz Mehdiyevin təlimatlarına əməl etməklə “ana müxalifət” obrazında siyasi və digər imtiyazlar əldə edirdi. Görünür, Mehdiyev çevriliş planında ona yeni missiya vermək niyyətində imiş.

Gültəkin Hacıbəylinin “Dövlət Şurası”na daxil edilməsinin isə fərqli hədəfləri olub. Mənbə bildirir ki, Qərbdə müxtəlif dairələrlə münasibəti olan və dəstək alan G.Hacıbəylinin qurumda təmsilçiliyi mümkün çevriliş cəhdinin Qərb tərəfindən də dəstəklənməsinə hesablanıb. Məlumatda o da bildirilir ki, G.Hacıbəylinin Ramiz Mehdiyevlə əlaqəsi hələ parlament üzvü olduğu dövrdə yaranıb. Hacıbəyli parlamentdə düşə bilmədikdən sonra onun vaxtilə müdafiə etdiyi hakimiyyətə qarşı üsyana başlaması və məhz Əli Kərimlinin yanına getməsində də Mehdiyevin təlimatlarının rol oynadığı deyilir. Mənbə daha bir mühüm detalı da açıqlayıb: Ramiz Mehdiyev “Dövlət Şurası”nda bütün region dövlətlərinə yaxın şəxslərin iştirakını vacib sayır, bununla həmin dövlətlərin loyallığını təmin etməyin mümkün olduğunu düşünürmüş. Həmin şəxslərin də adlarının yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək