Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olu...
Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq
Maraqlı

Dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq

Xpress.az Redaksiyası 04.12.2025 23:46

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından verilən məlumata görə, bu ilin ən güclü və parlaq meteor yağışlarından biri olan Geminid meteor yağışı  bu gündən başlayaraq dekabrın 17-dək aktiv olacaq və dekabrın 14-də öz zirvəsinə çatacaq.

Meteor yağışının radiantı (mənbəyi) “Əkizlər” (latınca: Gemini) bürcündə yerləşdiyi üçün ona “Geminid” adı verilib.

Bakıdan “Geminid” meteor yağışını saat 18:18-dən 07:22-dək müşahidə etmək mümkün olacaq. Meteor yağışının  ən əlverişli müşahidə vaxtı 14 dekabr gecəsi saat 02:30 radələridir.

Bakıda radiant nöqtəsi həmin saatlarda üfüqdən 82° hündürlükdə olacaq və buna görə də əlverişli hava şəraitində saatda 119-a qədər meteor müşahidə oluna bilər.

Meteor yağışı yeni Ay fazasına təsadüf etdiyindən Ayın işığı demək olar ki, mane olmayacaq. Geminid meteorları Yer atmosferinə təxminən 35 km/san sürətlə daxil olacaq. Bu, digər meteor yağışlarına nisbətən meteorların daha parlaq görünməsinə, yanma prosesinin daha uzun olmasına, çoxlu sayda bolidlərin (çox parlaq meteorların) müşahidə edilməsinə şərait yaradır.

Geminid meteor yağışının mənşəyi digər meteor yağışlarından fərqli olaraq komet deyil, 3200 Faeton (Phaethon) asteroididir. Bu, nadir bir fenomendir.  Bu asteroid 1983-cü ildə kəşf edilib.  3200 Faeton asteroidi Günəşə 20 milyon km-ə qədər yaxınlaşa bilir və bu səbəbdən onun səthi ~700°C-yə qədər qızır. Qızma nəticəsində səth materialı parçalanır və toz əmələ gəlir. Yer hər il bu toz axınından keçdikdə Geminid meteor yağışı yaranır.

Geminid meteorlarının rəngləri xüsusilə gözəldir: Sarı – natrium, yaşıl – maqnezium, mavi-ağ - dəmir qarışıqları. Bu fakt Geminidləri müşahidə baxımından daha cəlbedici edir.

Meteor yağışının gücündə son 50 ildə artım müşahidə edilib. 1900-cü illərdə 1 saatda cəmi 20 meteor müşahidə olunurdusa, indi 120 meteor müşahidə olunacaq. Buna səbəb Faeton orbitində toz sıxlığının artmasıdır.

Geminidlər 2025-ci ilin ən möhtəşəm astronomik hadisələrdən biri olacaq və hava şəraiti əlverişli olsa, Azərbaycan səması üzərində bu nadir təbiət fenomeni parlaq və unudulmaz bir mənzərə yaradacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək