Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya "ATƏT böhranın içində çıxış yolu axtarır” –
"ATƏT böhranın içində çıxış yolu axtarır” –
Dünya

"ATƏT böhranın içində çıxış yolu axtarır” – Vyanadan EKSKLÜZİV

Xpress.az Redaksiyası 05.12.2025 17:03

Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 32-ci toplantısı regional və qlobal təhlükəsizlik gündəminin kəskin şəkildə müzakirə olunduğu, təşkilatın gələcəyi ilə bağlı ciddi sualların ortaya çıxdığı bir mərhələdə davam edir. Tədbir çərçivəsində çıxış edən nazirlər ATƏT-in institusional böhranı, Helsinki prinsiplərinə əməl olunması, Ukraynadakı vəziyyət və Cənubi Qafqazda əldə olunan irəliləyişlər barədə müxtəlif mövqelər səsləndiriblər. Budəfəki toplantının əsas məqamlarından biri isə Azərbaycan–Ermənistan sülh prosesinin regionda yaranmış yeni siyasi reallığın ən mühüm göstəricisi kimi qiymətləndirilməsidir.

Hazırda Vyanada səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov XPress.az saytına eksklüziv açıqlamasında bildirib ki, toplantının ümumi ab-havası ATƏT-in bu gün ciddi institusional tıxanıqlarla üzləşdiyini göstərir. Onun sözlərinə görə, təşkilat bir tərəfdən büdcə blokadası və konsensus mexanizminin işləməməsi ilə çətinlik yaşayır, digər tərəfdən isə regiondakı münaqişələr fonunda öz rolunu yenidən müəyyən etməyə çalışır:

“Bu gün çıxışlarda açıq şəkildə göründü ki, ATƏT qarşısında duran ən böyük çağırış təşkilatın fəaliyyət qabiliyyətinin bərpasıdır. Helsinki prinsipləri, xüsusilə suverenlik və ərazi bütövlüyü məsələsi daha əvvəl heç vaxt olmadığı qədər önə çəkilir. Ukrayna böhranı müzakirələrin əsas xəttini təşkil edir, lakin bunun fonunda Cənubi Qafqazdakı pozitiv dinamika xüsusi vurğulanır”, – deyə Əhməd Şahidov qeyd edib.

Azərbaycan–Ermənistan münasibətlərinə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, bu il imzalanması gözlənilən sülh sazişi ATƏT məkanında ən real stabilizasiya prosesidir və regionda uzunmüddətli təhlükəsizliyin təminatı baxımından mühüm əhəmiyyət daşıyır:

“Lüksemburq xarici işlər nazirinin Bakı–İrəvan sülh gündəmini dəstəkləməsi təsadüfi deyil. Beynəlxalq platformalarda aydın şəkildə görünür ki, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar bu gün ATƏT bölgəsində ən konstruktiv prosesdir. Bu, həm də təşkilat üçün nümunəvi bir uğur hekayəsidir”, – deyə Əhməd Şahidov əlavə edib.

Hüquq müdafiəçisi Əhməd Şahidovun sözlərinə görə, iclasda verilən mesajlar göstərir ki, ATƏT yalnız mövcud böhrandan çıxmaq üçün deyil, həm də gələcək əməkdaşlıq modelini yenidən qurmaq üçün strateji qərarlar qəbul etməlidir. Onun fikrincə, Cənubi Qafqazda sülhün təmin olunması təkcə regional sabitliyə deyil, həm də Avropanın ümumi təhlükəsizlik arxitekturasına ciddi təsir göstərir:

“Bu gün müzakirə edilən məsələlər onu göstərir ki, yeni dövrün reallıqlarına uyğunlaşdırılmış ATƏT modeli zəruridir. Qurum dialoq, barışıq və qarşılıqlı hörmət üzərində yenidən formalaşmalıdır. Əgər bu baş verərsə, ATƏT-in bölgədə və bütövlükdə Avropada rolu daha da güclənəcək”, – deyə hüquq müdafiəçisi Əhməd Şahidovvurğulayıb.

Sonda hüquq müdafiəçisi Əhməd Şahidov qeyd edib ki, Vyana toplantısı beynəlxalq siyasətin mürəkkəb çağırışlarını, həmçinin sülh və əməkdaşlığın yeni imkanlarını göstərən önəmli bir platformadır. O bildirib ki, Azərbaycan bu proseslərdə aktiv və konstruktiv mövqeyi ilə diqqət mərkəzindədir və regionun gələcək təhlükəsizlik düzənində əsas aktorlardan biri olaraq qalır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı vaxtı

11.11.2026 16:02 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək