Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Daha bir ölkədə hakimiyyət
Daha bir ölkədə hakimiyyət
Dünya

Daha bir ölkədə hakimiyyət ƏLƏ KEÇİRİLDİ

Xpress.az Redaksiyası 07.12.2025 14:46

Benində hərbçilər hakimiyyəti ələ keçirərək Prezident Patris Talonu deviriblər.

 “La Nouvell Tribune” portalı məlumat yayıb.

Məlumata görə, hərbçilər ölkənin milli televiziyasının binasını ələ keçiriblər.

Hərbçilərin yaydıqları bəyanatda qeyd olunub ki, ölkə konstitusiyasının və siyasi partiyaların fəaliyyətini dayandıracaq, sərhədləri bağlayacaqlar.

Benin  haqqında məlumat:

 Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar. Ölkənin cənubunda isə fon və aca tayfaları yaşayırdı. XV əsrdə Benin ərazisində portuqaliyalılar göründülər. 

Müstəmləkə və müstəqillik  dövrü

Benin 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrildi. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edildi. Fransız müstəmləkəçiləri burada sənaye müəssisələri (sabunbişirmə, tikiş və s.) yaratmağa dəmiryolları və şose yolları çəkməyə başladılar. 1 avqust 1960-cı ildən Daqomeya Respublikası müstəqil dövlət elan edildi.

Əhalisi

Benində əhalinin son siyahıya alınması 11–25 may 2013-cü ildə aparılmışdır. Siyahıya alınmanın nəticələrinə əsasən 2013-cü ildə ölkədə əhalinin sayı 9 983 884 nəfər olmuşdur. Əhalinin illik təbii artımı 2,9 faiz təşkil edir. Orta ömür müddəti 59 ildir. 2007-ci il məlumatına əsasən immun çatışmazlığı virusu ilə yoluxma 1,2 faizdir.

Etnik tərkib

Benində 60-dan çox xalq yaşayır, ölkə əhalisinin əksəriyyətini (təqribən 65 faizini) fon xalqlarına aid olan şərq eve xalqı, həmçinin, daqomey, barba, somba, yoruba, busa və digər xalqlar təşkil edir.

Dil

Ölkədə rəsmi dövlət dili fransız dilidir. Bundan başqa, Benində fon və yoruba (əsasən ölkənin cənubunda), ölkənin şimalında müxtəlif tayfaların dillərindən də geniş istifadə olunur.

Din

Benində əhalinin 42,8 faizini xristianlar (əsasən katoliklər), 24,4 faizini müsəlmanlar, 17,3 faizini buddistlər, 15,5 faizini digər dinlərin nümayəndələri təşkil edir (2002). 15 yaşdan yuxarı əhalinin 34,7 faizi,(qadınların 48 faizi, qadınların 23 faizi) savadlıdır (2002).

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası

12.11.2026 16:36 Gündəm

İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb

12.11.2026 16:22 Siyasət

Pirşağı istiqamətində marşrut avtobusları yenilənir

12.11.2026 16:07 Cəmiyyət

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12.11.2026 15:59 Siyasət

VAR OLUN, QIZLAR! -

12.11.2026 15:42 İdman

“Ermənilər azərbaycanlılarla yenidən dost ola bilərmi?” –

12.11.2026 15:30 Gündəm

İlham Əliyev Dublində Zelenski ilə görüşüb

12.11.2026 15:16 Siyasət

Baş nazirin müavini COP31 sessiyasında Azərbaycanın iqlim siyasəti barədə

12.11.2026 14:21 Siyasət

Azərbaycanda 1000 məsciddə din xadimi yoxdur

12.11.2026 13:56 Cəmiyyət

Şəkidə 150 illik ağacları kəsənlər tutuldu

12.11.2026 12:39 Hadisə

“Yanar dağ”da Qafqaz İslam Ordusunun səngərləri:

12.11.2026 12:24 Ana səhifə

Türk İnvestisiya Fondu ilk maliyyələşdirməni həyata keçirib

12.11.2026 12:15 İqtisadiyyat

“VIVANT” serialı ilə əməkdaşlıq Azərbaycanın Yaponiya bazarında tanıdılmasına yeni imkanlar yaradır -

12.11.2026 09:42 Ana səhifə

11.11.2026 18:05 Siyasət

Ünal Üsteldən Azərbaycana

11.11.2026 18:04 Gündəm

Ərdoğan və Paşinyan arasında görüş keçirilir

11.11.2026 17:56 Gündəm

İlham Əliyev Antalyada COP31 Liderlər Sammitində iştirak edib -

11.11.2026 17:20 Siyasət

Bolqarıstanda fon der Lyayenin kortejinə yumurta atıblar

11.11.2026 17:01 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək