Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Bu ilin yanvar–noyabr ayları üzrə dövlət büdcəsini...
Bu ilin yanvar–noyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri
İqtisadiyyat

Bu ilin yanvar–noyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI

Xpress.az Redaksiyası 11.12.2025 14:33

Maliyyə Nazirliyi 2025-ci ilin yanvar–noyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri ilə bağlı göstəriciləri açıqlayıb.

Xpress.az xəbər verir, 11 ay ərzində büdcəyə 35 milyard 625,6 milyon manat daxil olub. Bu rəqəm illik proqnozu 324,6 milyon manat və ya 0,9% üstələyib.

Gəlirlərin əsas mənbələri belə bölünüb:

Vergi orqanları: 15 mlrd 310,5 mln manat

Gömrük orqanları: 5 mlrd 752,2 mln manat

ARDNF-dən transfer: 13 mlrd 274,3 mln manat

Dövlət əmlakının icrası: 41,6 mln manat

Büdcə təşkilatlarının ödənişli xidmətləri: 592,3 mln manat

Sair daxilolmalar: 654,7 mln manatdır.

Nazirlik yaydığı məlumatda bildirib ki, icra göstəriciləri yüksək dinamikanı qorumaqda davam edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək