Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Macarıstan Prezidenti Ceyhun Bayramovu
Macarıstan Prezidenti Ceyhun Bayramovu
Dünya

Macarıstan Prezidenti Ceyhun Bayramovu qəbul etdi

Xpress.az Redaksiyası 11.12.2025 20:15

Dekabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Tamaş Şuyok tərəfindən qəbul olunub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın inkişafı məmnunluqla qeyd edilib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun, xalqlar arasında təmasların, ölkələrimiz arasında humanitar əlaqələrin vacibliyi vurğulanıb.

Bununla yanaşı, sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın XI iclasının nəticələrinin münasibətlərin inkişafına əlavə təkan verdiyi bildirilib.

Görüşdə Macarıstanın xüsusilə enerji sahəsi olmaqla, ölkəmizdə 3-cü böyük investor olduğu qeyd edilib, bununla yanaşı, əczaçılıq və bir sıra digər istiqamətlərdə sərmayə planları nəzərdən keçirilib. Hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilib, yaşıl enerji, tranzit-kommunikasiya, təhsil təqaüdlərinin verilməsi və digər istiqamətlərdə işlərin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu və digər məsələlərin müfəssəl şəkildə 3-cü Azərbaycan-Macarıstan Strateji Dialoqu çərçivəsində müzakirə ediləcəyinə dair əminlik ifadə olunub.

Beynəlxalq platformalar - BMT, Türk Dövlətləri Təşkilatı, Avropa İnstitutları çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

13.11.2026 17:20 İqtisadiyyat

Fərhad Bədəlbəyli: Mədəniyyət Nazirliyi ziyalılarla məsləhətləşməlidir

13.11.2026 16:46 Mədəniyyət

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

13.11.2026 15:01 Gündəm

Sabah 22 dərəcə isti olacaq

13.11.2026 13:41 Cəmiyyət

13.11.2026 13:09 Siyasət

AzAK-ın beynəlxalq əməkdaşlıq coğrafiyası genişlənir

13.11.2026 12:18 İqtisadiyyat

AzAK: Akkreditasiya üzrə 92 müraciət daxil olub, 101 attestat verilib

13.11.2026 11:36 İqtisadiyyat

Azərbaycanda 369 akkreditasiya attestatı qüvvədədir

13.11.2026 11:31 İqtisadiyyat

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

13.11.2026 11:07 Gündəm

Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təlimi başlayıb

13.11.2026 10:24 Gündəm

Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

13.11.2026 09:52 Hadisə

Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarıldı

13.11.2026 09:01 Cəmiyyət

İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər

13.11.2026 08:39 İqtisadiyyat

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi həlak olub

12.11.2026 21:09 Hadisə

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub -

12.11.2026 21:04 Siyasət

Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 19:48 Siyasət

İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 19:47 Siyasət

"Nvidia"nın rəhbəri qalmaqal fonunda istefa verdi

12.11.2026 18:56 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək