Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Türkiyə Rusiyaya niyə lazımdır? -
Türkiyə Rusiyaya niyə lazımdır? -
Siyasət

Türkiyə Rusiyaya niyə lazımdır? - GENERAL AÇIQLADI

Xpress.az Redaksiyası 16.12.2025 09:00

Qara dənizdə artan gərginlik və Rusiya-Ukrayna münaqişəsi fonunda Türkiyə ilə Rusiya arasındakı münasibətlər hazırda yüksək səviyyədədir. Əməkli Tuğgeneral, 2011–2013-cü illərdə Bakı Hərbi Attaşesi vəzifəsində çalışmış Dr. Yücel Karauz Xpress.az-a açıqlamasında bildirib ki, bu münasibətlərin möhkəmliyi hər iki ölkənin bir-birinə olan ehtiyacından irəli gəlir.

Dr. Karauz vurğulayıb ki, Aşqabadda prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iki gün əvvəlki görüşü əlaqələrin inkişafının bariz nümunəsidir. “Qara dənizdə baş verən gərginliklər və Rusiya-Ukrayna münaqişəsi bu əlaqələrə mane ola bilməz. Türkiyə savaşın başlanmasından etibarən beynəlxalq səviyyədə mövqeyini ortaya qoyub, İstanbulda keçirilən görüşlər vasitəsilə barış və atəşkəsin bərqərar olmasına dəstək verir, əsirlərin dəyişdirilməsi prosesində aktiv iştirak edir”, – deyə o əlavə edib.

Tuğgeneral  qeyd edib ki, Putin yaxşı bilir ki, Qərbdə tək görüşə biləcəyi lider Türkiyə Cumhurbaşkanıdır. Bu dialoq yalnız Yaxın Şərq və digər bölgələrdə deyil, həmçinin Qafqazda baş verən proseslər üçün mühüm qapı rolunu oynayır.

Dr. Karauz bildirib ki, Türkiyə ilə Rusiya münasibətlərinin bu səviyyədə olması Azərbaycan üçün də önəmlidir. “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cumhurbaşkanı arasında, həmçinin xarici işlər və müdafiə nazirləri səviyyəsində davamlı koordinasiya aparılır. Türkiyə Qafqaz siyasətini yalnız öz milli maraqları üçün deyil, Azərbaycan maraqları baxımından da formalaşdırır. Bu siyasət Qafqazda barışın və sabitliyin bərqərar olmasına xidmət edir və 44 günlük Vətən Müharibəsi zamanı yaradılan ortaq monitorinq mərkəzlərinin fəaliyyətlərini dəstəkləyir”, – deyə o əlavə edib.

Afaq Qurbanzadə 

Xpress.az 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək