Dünya
Paşinyan azərbaycanlıları təbrik etdi
Xpress.az Redaksiyası
08.08.2026 11:27
Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında razılaşmanın imzalanması münasibətilə azərbaycanlıları və erməniləri təbrik edib.
Paşinyan artıq münaqişə səhifəsinin bağlandığını bildirib.
O, yaxın zamanda TRIPP layihəsinin icrasına başlanılacağı vurğulayıb. Baş nazir artıq Azərbaycan və Ermənistanın bir-birinə maneə yaratmayacağını, dinc qonşuluq münasibətində olacağını deyib.
“8 avqust münasibətilə Azərbaycan xalqını və Ermənistan xalqını təbrik edirəm. Nəhayət bizi əsəbiləşdirməyən, dinc günümüz var”, – o, qeyd edib.