Dünya
Putin: Bu il Ukraynada 300-dən çox yaşayış məntəqəsi Rusiyanın nəzarətinə keçib
Xpress.az Redaksiyası
17.12.2025 15:28
Rusiya 2025-ci ildə Ukraynada 300-dən çox yaşayış məntəqəsini nəzarətə götürüb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları cəbhə xəttinin hər yerində strateji təşəbbüsü möhkəm şəkildə saxlayırlar.