Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Uşağınız təhlükə ilə üz-üzədir -
Uşağınız təhlükə ilə üz-üzədir -
Cəmiyyət

Uşağınız təhlükə ilə üz-üzədir - Valideynlərə XƏBƏRDARLIQ

Xpress.az Redaksiyası 17.12.2025 18:14

“Yeniyetməlik dövrü emosional baxımdan ən həssas mərhələlərdən biridir. Bu mərhələdə uşaq həm özünü tanımağa çalışır, həm də real həyatda ifadə edə bilmədiyi qorxu, aqressiya, maraq və suallarına cavabı çox zaman rəqəmsal məkanda axtarır. İnternetdə isə yaşa uyğun olmayan, qorxu yaradan, travmatik və ya psixoloji cəhətdən zərərli məzmunlara çıxış olduqca asandır. Bu cür məzmunlar yetkin psixika üçün belə ağır ola bildiyi halda, formalaşmaqda olan yeniyetmə psixikasında dərin narahatlıq, təhlükə hissi, ümidsizlik və reallıqla bağlı təhrif olunmuş təsəvvürlər yarada bilər”.

Bu açıqlamada Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. Onun sözlərinə görə, valideyn nəzarəti təkcə “telefona baxmaq” anlamına gəlməməlidir.

“Effektiv nəzarət ilk növbədə psixoloji yaxınlıqdan başlayır. Uşaq valideynlə danışa bilmirsə, qorxularını, gördüklərini, hiss etdiklərini paylaşmaqdan çəkinirsə, texniki qadağalar da uzunmüddətli qoruyucu rol oynamır. Valideyn uşağın gündəlik emosional vəziyyətini izləməli, davranışındakı dəyişikliklərə diqqət yetirməli, internetdə nə izlədiyini soruşmağı sorğu-sual kimi deyil, maraq və qayğı forması kimi etməlidir.

Paralel olaraq yaşa uyğun filtr proqramları, vaxt məhdudiyyətləri və açıq qaydalar tətbiq edilə bilər, lakin bunlar mütləq izahla və qarşılıqlı razılaşma ilə aparılmalıdır. Nəzarətsiz rəqəmsal mühitin mümkün nəticələri yalnız ani qorxu ilə məhdudlaşmır. Uzunmüddətli təsir kimi emosional donuqluq, yuxu pozuntuları, artan təşviş, sosial təcrid, özünə və dünyaya qarşı mənfi münasibət formalaşa bilər.

Bu səbəbdən valideynlər uşağın fiziki təhlükəsizliyi qədər psixoloji təhlükəsizliyini də prioritet hesab etməlidirlər. Lazım gəldikdə psixoloqa müraciət etmək, məktəb-ailə-psixoloq əməkdaşlığını gücləndirmək və psixoloji maarifləndirməni artırmaq bu risklərin qarşısını almaqda ən sağlam yoldur. Burada əsas məqsəd uşağı qorxu ilə deyil, anlayış və dəstək mühiti ilə böyütməkdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək