Dünya
ABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var – FOTO
Xpress.az Redaksiyası
18.12.2025 22:35
ABŞ-nin Steytsvill Regional Hava Limanında eniş zamanı “Cessna C550” tipli biznes jet qəzaya uğrayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qəza zamanı ölənlərin olduğu bildirilir, lakin onların sayı və kimliyi barədə məlumat verilməyib.
Sosial şəbəkələrdə paylaşılan fotolarda uçuş-enmə zolağında təyyarə qalıqları arasında böyük yanğın görünüb.
Qəza ilə bağlı araşdırma aparılır.
