Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Qərəz, lobbi və ikili standartlar:
Qərəz, lobbi və ikili standartlar:
Siyasət

Qərəz, lobbi və ikili standartlar: : Avropa Parlamentinin Azərbaycana qarşı oyunu

Xpress.az Redaksiyası 22.12.2025 09:00

Avropa Parlamentinin Azərbaycanla bağlı növbəti qərəzli qərar qəbul etməsinə hansı siyasi, hüquqi və geosiyasi amillərin təsir göstərdiyi müzakirə olunur. Qərarın formalaşmasında konkret maraqların, eləcə də daxili və xarici təsir qüvvələrinin rolunun olub-olmaması diqqət mərkəzindədir. Məsələ ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev Xpress.az-a açıqlama verib.

Onun sözlərinə görə, Avropa Parlamenti uzun illərdir Azərbaycan həqiqətlərini təhrif edən, saxta və böhtan xarakterli bəyanat və qətnamələr qəbul etməklə öz qərəzli mövqeyini nümayiş etdirir. Son qəbul edilən qətnamə də heç bir fakta əsaslanmayan, sırf sifarişli yanaşmanın növbəti nümunəsidir və bu sənədlərin Azərbaycan üçün real hüquqi və siyasi əhəmiyyəti yoxdur.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və bu qurum qarşısında hər hansı öhdəlik daşımır. Bu səbəbdən Avropa Parlamentinin qəbul etdiyi qətnamələr ölkəmizə hüquqi baxımdan zərər vura bilməz. Onun fikrincə, belə sənədlər müəyyən dairələrin diktəsi və sifarişi ilə hazırlanır və burada erməni lobbilərinin, eləcə də Azərbaycana qarşı düşmən mövqedə olan qüvvələrin təsiri açıq şəkildə hiss olunur.

Komitə sədri bildirib ki, hazırda Avropa Parlamenti ciddi korrupsiya qalmaqalları ilə üz-üzədir və bir sıra deputatların korrupsiya əməllərinə görə mühakimə olunması bu qurumun nüfuzuna ciddi zərbə vurub. Bu faktlar Avropa Parlamentinin artıq obyektiv və prinsipial mövqedən çıxış etmədiyini, ayrı-ayrı maraq qruplarının təsiri altına düşdüyünü göstərir.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan bu gün Avropa dövlətləri ilə sıx əməkdaşlıq edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Hazırda 14 Avropa ölkəsinə Azərbaycan qazı ixrac olunur. Belə bir şəraitdə Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etməsi, ilk növbədə, elə Avropanın öz maraqlarına ziddir.

Açıqlamada o da vurğulanıb ki, Azərbaycanda siyasi baxışlara görə kütləvi həbslər aparılması barədə səsləndirilən iddialar əsassızdır. Dövlət çevrilişinə cəhd və digər ağır cinayətlərdə ittiham olunan şəxslərin istintaq prosesinə müdaxilə edilməsinə yönələn çağırışlar Azərbaycanın suverenliyinə və hüquqi sisteminə təzyiq kimi qiymətləndirilməlidir. Belə şəxslərin “siyasi məhbus” kimi təqdim edilməsi yalan və böhtan xarakteri daşıyır.

Komitə sədri əlavə edib ki, Azərbaycanda etnik azlıqlara qarşı hər hansı ayrı-seçkilik mövcud deyil və ölkədə yaşayan bütün xalqlar bir ailə kimi sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Avropa Parlamentinin bu cür saxta faktları gündəmə gətirməsi və qərəzli qətnamələr qəbul etməsi isə siyasi riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.

Onun sözlərinə görə, sifariş əsasında hazırlanan bu qətnamələr real təsir gücünə malik olmayan, dəyərsiz sənədlərdir və tarixdə sadəcə kağız parçası kimi qalmağa məhkumdur.

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Evrika Liseyində “Bir Ölər, Min Dirilərik!” adlı vətənpərvərlik tədbiri keçirilib

06.11.2026 22:33 Təhsil

20 saylı orta məktəb-liseyin II sinif şagirdləri Zəfər Gününü qeyd etdi

06.11.2026 18:16 Təhsil

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu

06.11.2026 17:45 Siyasət

Kamran Əsədovun 3 il həbsi tələb edildi

06.11.2026 17:40 Gündəm

Tərtərdə iki nəfərin qətli ilə bağlı məhkəmə başlayır

06.11.2026 17:27 Hadisə

Qurbanov mübahisə edən legionerləri komandadan uzaqlaşdırdı

06.11.2026 16:31 İdman

Güclü külək əsəcək -

06.11.2026 16:19 Cəmiyyət

Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər -

06.11.2026 16:02 Cəmiyyət

Sumqayıtda genişmiqyaslı ağacəkmə aksiyası keçirildi -

06.11.2026 15:58 Gündəm

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışını ediblər

06.11.2026 15:33 Siyasət

Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 15:26 Siyasət

Azərbaycan çinlilər üçün daha əlçatan olacaq -

06.11.2026 15:22 Ana səhifə

Bakıda istehlaka yararsız süd məhsulları aşkarlanıb

06.11.2026 15:21 Cəmiyyət

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

06.11.2026 13:30 Cəmiyyət

Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

06.11.2026 12:59 Siyasət

Prezident Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışını edib

06.11.2026 12:55 Siyasət

Azərbaycanda atalar üçün kompleks tibbi və psixoloji hazırlıq təlimi keçiriləcək -

06.11.2026 12:46 Cəmiyyət

Bloger və jurnalistlər Naxçıvandakı sosial müəssisələrdə olub -

06.11.2026 12:36 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək