Kriminal
Beyləqanda ötən ay törədilmiş qətlin üstü açıldı
Xpress.az Redaksiyası
21.12.2025 22:36
Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.
Kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.
Faktla bağlı araşdırma aparılır.