Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bayram öncəsi TƏHLÜKƏ – Uşaqlar “zırpaket’ləri nec...
Bayram öncəsi TƏHLÜKƏ – Uşaqlar “zırpaket’ləri necə alıb-satırlar?
Cəmiyyət

Bayram öncəsi TƏHLÜKƏ – Uşaqlar “zırpaket’ləri necə alıb-satırlar?

Xpress.az Redaksiyası 22.12.2025 17:11

“Bayram gəldi, heç bilmirəm neyləyim”, – deyən nəsil gedib, yerinə bayram gəlməmiş nə edəcəyini bilən nəsil yetişib. Hər vasitə ilə lazım olanı əldə edib, öz istəyinə məharətlə nail olan uşaqlar qadağan olunmuş pirotexniki vasitələri, xalq dili ilə desək, “zırpaket”ləri asanlıqla tapa bilirlər.

Bildiyimiz kimi, bayram ərəfələrində pirotexniki vasitələrin satışı qadağandır. Düzdür, şəhərin hər tərəfində, özəlliklə də qəsəbələrdə “partlayış” səslərini eşitmək olur və istər-istəməz sual yaranır ki, bəs bu partlayıcı vasitələri uşaqlar hardan əldə edirlər?

Maraqlı odur ki, qadağan olunmuş “zırpaket”lərin satışı artıq təkcə gizli satıcıların yox, uşaqların və yeniyetmələrin öz aralarında qurduğu qeyri-rəsmi alver şəbəkəsinin bir hissəsinə çevrilib: məhəllə içində, məktəbli çantalarında və sosial şəbəkələr vasitəsilə əlçatan olub. Nəticədə təhlükəsizlik baxımından ciddi risklər yaradan yeni satış üsulunun qurbanları da elə uşaqların özləri olur.

Məsələn, Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki 94 saylı məktəbin qarşısında baş vermiş hadisəni xatırtrlayaq: 17 yaşlı Eşqi Rüstəmov ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirərək halı pisləşmiş, xəstəxanada dünyasını dəyişmişdi. Hər gün belə faciəvi sonluqlar baş verməsə də, bu cür vasitələri yandırarkən, yaxud düzgün istifadə etmədikdə, yaralanmalar qaçılmazdır. Səhhəti zəif olan böyüklər isə o partlayıcıların səsindən iş-güclərinə ehtiyatla gedib-gəlirlər.  

Bəs uşaqlar arasında pirotexniki vasitələrin gizli üsullarla satılmasının qarşısını almaq üçün Daxili İşlər Nazirliyi (DİN) hansı xüsusi tədbirlər həyata keçirilir?

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizim.Media-ya bildirdi ki, pirotexniki məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib və onun dövriyyəsinə müvafiq dövlət qurumu tərəfindən verilən “xüsusi icazə” əsasında yol verilir. Pirotexniki məmulatların satışı aşkar olunarkən həmin vasitələr satışdan çıxarılır, satışı ilə məşğul şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta tərkibi haqqında protokol tərtib olunaraq baxılması üçün səlahiyyətli orqana - məhkəmələrə göndərilir. Təhlükəsizlik standartlarına cavab verməyən bu vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqlarına görə ətrafa da ciddi ziyan vura bilərlər.

L. İsrəfilli həmçinin diqqətə çatdırdı ki, sosial şəbəkələrdə kustar üsulla kimyəvi maddələrin birləşdirilməsi yolu ilə təhlükəli partlayıcı maddələrin hazırlanmasını təbliğ edən paylaşımlardan məlumatlıdırlar.  


“Bu cür məzmunların yayılması insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır. Polis əməkdaşları tərəfindən internet resurslarında təhlükəsizlik riskləri doğuran halların qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun qəti tədbirlər görülür. Bir daha diqqətə çatdırırıq ki, izləyici toplamaq və diqqət çəkmək məqsədilə həyata keçirilən bu cür məsuliyyətsiz hərəkətlər ağır nəticələrə səbəb ola bilər. Vətəndaşları təhlükəli və qanunazidd əməllərdən çəkinməyə çağırırıq”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək