Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bakının jesti, Yerevanın imtahanı:
Bakının jesti, Yerevanın imtahanı:
Siyasət

Bakının jesti, Yerevanın imtahanı: Sülh prosesini hansı təhlükə gözləyir?

Xpress.az Redaksiyası 22.12.2025 17:43

Azərbaycanın vasitəçiliyi ilə Ermənistan ərazisindən yüklərin tranzitinə icazə verilməsi dövlət siyasətinin düzgün istiqamətdə aparıldığını göstərən mühüm addım kimi dəyərləndirilir. Bununla belə, bəzi siyasətçilər hələ də Ermənistanla bağlı ehtiyatlı mövqe sərgiləyir və bu ölkəyə tam etimad göstərmədiklərini bildirirlər.

Mövzu ilə bağlı Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Xpress.az-a açıqlamasında qeyd edib ki, son aylarda Azərbaycan–Ermənistan normallaşma prosesində artıq konkret və praktiki nəticələr müşahidə olunur.

Onun sözlərinə görə, Azərbaycanın öz ərazisindən Ermənistan istiqamətində yüklərin daşınmasına icazə verməsi faktiki olaraq bu ölkəyə qarşı illərdir mövcud olan de-fakto embarqonun aradan qaldırılması anlamına gəlir.

Rusif Hüseynov bildirib ki, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı xüsusilə beynəlxalq müşahidəçilər üçün gözlənilməz və təəccüblü addım olub. Bununla yanaşı, ekspert vurğulayıb ki, Azərbaycan tərəfinin Ermənistanla bağlı ehtiyatlı davranışı da açıq şəkildə hiss olunur və bunun səbəbi kifayət qədər aydındır.

Ekspertin fikrincə, qarşıdan gələn Ermənistan parlament seçkiləri Bakının daha ehtiyatlı mövqe tutmasına səbəb olur. Mövcud sorğular və siyasi proqnozlara baxmayaraq, seçkilərin yekun nəticələrinin necə olacağı hələ də qeyri-müəyyəndir. Bu məsələyə aydınlıq gətirmək üçün bir neçə ay gözləmək lazım gələcək.

Rusif Hüseynov qeyd edib ki, əgər hazırkı hakimiyyət mövqelərini qoruya bilməz və revanşist qüvvələr yenidən hakimiyyətə gələrsə, bu vəziyyət Azərbaycan–Ermənistan münasibətlərinə ciddi mənfi təsir göstərə bilər. Məhz bu risk hazırda Azərbaycanın normallaşma prosesində tələsməməsinin əsas səbəblərindən biridir.

O əlavə edib ki, sülh və normallaşma prosesi zaman tələb edir:
“Ermənistanın konstitusiyası, siyasi-hüquqi mexanizmləri və daxili siyasi vəziyyəti bu prosesə birbaşa təsir edən amillərdir. Lakin bütün bu məsələlərin mərkəzində, ilk növbədə, Ermənistanda keçiriləcək parlament seçkiləri və onların nəticələri dayanır".

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək