Cəmiyyət
Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi
Xpress.az Redaksiyası
22.12.2025 18:13
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli özünə 2 yeni müşavir təyin edib.
İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova xidmət rəisinin müşaviri təyin edilib.
Eyni zamanda Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəis Fərid İsayev də müşavir postuna gətirilib.
Beləliklə DVX rəisinin müşavirlərinin sayı 4-ə yüksəlib.