Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Şəhərsalma və Memarlıq İli"nin elan edilməsi bütö...
"Şəhərsalma və Memarlıq İli"nin elan edilməsi bütövlükdə cəmiyyət üçün mühüm ideoloji mesajdır -
Cəmiyyət

"Şəhərsalma və Memarlıq İli"nin elan edilməsi bütövlükdə cəmiyyət üçün mühüm ideoloji mesajdır - RƏY

Xpress.az Redaksiyası 23.12.2025 12:34

Şəhərsalma və Memarlıq İlinin elan edilməsi bütövlükdə cəmiyyət üçün mühüm ideoloji mesajdır - RƏY

Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin üzvü Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət başçısın Sərəncamı ilə "Şəhərsalma və Memarlıq ili" elan olunması heç də təsadüfi deyil.

"Ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin tarixi qədimdir. Azərbaycan yaşı 5 min il olaraq müəyyən edilmiş Azıx mağarasından və qədimliyi ilə turistləri heyran edən Qobustan qayalarından tutmuş, ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzinə qədər çoxçeşidli memarlıq nümunələri ilə zəngindir. Demək olar ki, hər bölgəmizdə müxtəlif tarixi dövrlərin sənət üslubunu yaşadan mədəni adidələrimiz var. Müasir milli memarlığımız da məhz bu zəngin mədəni miras üzərində inkişaf edir və ildən ilə öz unikallığı ilə seçilən memarlıq əsərləri meydana gəlir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, "Ağ şəhər" kompleksi kimi layihələr sadəcə müasir memarlıq nümunələri deyil, həm də dinamik inkişafın və gələcəyə strateji baxışın rəmzləridir. Paytaxtın və regionların tarazlı və ahəngdar inkişafı dövlət siyasətimizin əsas prioritetlərindən biridir", - deputat bildirib.


C.Feyziyev qeyd edib ki, bu baxımdan, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük bir sınaq və yaradıcılıq meydanıdır.

"Keçən il Şuşada keçirilmiş Şəhərsalma və Memarlıq Forumu da ölkəmizdə milli memarlıq sənətini müasir beynəlxalq trendlərlə daha da zənginləşdirmək və gələcəyin şəhərlərini bu gün tikmək məqsədi daşıyırdı. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir. Yeni salınan yaşayış məntəqələrində "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi, müstəsna olaraq yenilənən enerji növlərindən istifadə edilməsi öz doğma yurdlarına qayıdan soydaşlarımızın sosial rifahının və yaşam tərzinin ən yüksək standartlar səviyyəsində təmin olunduğunu göstərir", - o vurğulayıb.

Deputat 2026-cı ildə, yəni "Şəhərsalma və Memarlıq İli"ndə ən müasir standartlar əsasında yenidən qurulan şəhərlərimizin açılışının da şahidi olacağımızı istisna etməyib:

"Bu həm 30 il ərzində işğalçılar tərəfindən darmadağın edilmiş şəhərlərimizə yeni həyat gətirəcək, həm də Azərbaycanın çağdaş memarlıq nailiyyətlərini bütün düyaya təqdim etmək üçün gözəl fürsət yaradacaq.

UN-Habitat ilə əməkdaşlıq, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizin qlobal urbanistik proseslərdə maraqlı tərəf və eyni zamanda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir".

Milli Məclisin üzvü "Şəhərsalma və Memarlıq İli"nin elan edilməsinin bütövlükdə cəmiyyət üçün də mühüm ideoloji mesaj olduğunu diqqətə çatdırıb:

Şəhər mədəniyyəti yalnız memarlıq həlləri ilə formalaşmır; bu anlayış ictimai davranış, tarixi irsə münasibət, estetik zövq və məsuliyyət hissinin vəhdətini özündə ehtiva edir. Yaşadığımız mühitə hörmət, ictimai məkanların qorunması, şəhər estetikasının dərk edilməsi də şəhər mədəniyyətinin vacib göstəriciləridir. Prezident İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın inkişaf yolunda strateji baxımdan düşünülmüş, gələcəyə hesablanmış bir qərardır. Əminəm ki, 2026-cı il Azərbaycanın şəhərsalma tarixində yeni və əlamətdar bir mərhələ kimi böyük uğurlarla tarixə yazılacaq".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək