Bir cihazın quraşdırılmasına görə sürücülük vəsiqəsi ləğv edilə bilər
“Hərəkətli” funksiyadan istifadə olunmasa belə, avtomobil idarə etmək qadağandır.
Avtomobildə cəmi bir cihazın quraşdırılması sürücülük vəsiqəsinin ləğvi ilə nəticələnə bilər.
Rusiya Federasiyasının Ali Məhkəməsi qərara alıb ki, dövlət nömrə nişanını gizlətmək üçün nəzərdə tutulmuş cihaz quraşdıran sürücülər, həmin cihazdan istifadə etməsələr belə, sürücülük vəsiqələrini itirə bilərlər. Bu qərar “flip-flop” adlanan cihazlara da şamil olunur.
Ali Məhkəmə Krasnoyarsk diyarından olan bir sürücünün şikayətinə baxıb. Onun sürücülük vəsiqəsi bir il müddətinə dayandırılmışdı, çünki avtomobilində nömrə nişanını aşağı salaraq yol kameraları tərəfindən aşkarlanmağı çətinləşdirən cihaz aşkar edilmişdi. Sürücü cihazdan istifadə etmədiyini və onun işlək vəziyyətdə olub-olmadığının yoxlanılmadığını iddia edirdi.
Lakin məhkəmə aşağı instansiyaların qərarları ilə razılaşaraq hökmü qüvvədə saxladı. Bildirildi ki, nömrə nişanını gizlətmək üçün cihazın quraşdırılması faktının özü artıq hüquq pozuntusu sayılır.
Ekspertlər və hüquqşünaslar Ali Məhkəmənin bu qərarını dəstəkləyiblər. “Sükan arxasında” jurnalının baş redaktoru Maksim Kadakov qeyd edib ki, sürət həddini bilmədən aşmaq mümkün olsa da, avtomobilə belə bir cihazın “təsadüfən” quraşdırılması mümkün deyil.
Onun sözlərinə görə, bu cür cihazları satan şəxslər də məsuliyyətə cəlb olunmalıdırlar. Bu barədə İzvestiya yazır.
Xpress.az