Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları...
“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? –
Cəmiyyət

“Kənd toyuğu” adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar? – Bu üç üsul həyatınızı xilas edəcək

Xpress.az Redaksiyası 25.12.2025 09:35

Xəbər verdiyimiz kimi Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı 2 min baş ev quşunun baytarlıq tələbləri gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Eyni zamanda "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların rənglənməsi halları da aşkarlanıb.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya bildirdi ki, insanlar qapalı şəraitdə saxlanılan broyler toyuqlarına deyil, tam azad bəslənən kənd toyuqlarına üstünlük verirlər:
 

“Kənd toyuqlarını broyler və yarıqapalı saxlanılan digər toyuqlardan fərqləndirən cəhət ayaqlarının sarı olmasındadır. Bakıətrafı qəsəbələrdə 20-yə yaxın yarıqapalı saxlanan quşçuluq müəssisəsi var. Onlar toyuqları kənd toyuqlarına oxşasın deyə ayaqlarını saraldırlar”.


E.Hüseynov diqqətə çatdırdı ki, yaş ağ tənzifi toyuğun ayağına sürtməklə rənginin silindiyini görmək olar. Amma bütövlükdə rənglənmiş toyuqların gözlə ayırd edilməsi mümkün deyil.

“Qida biznesi ilə məşğul olanlar mütləq qida təhlükəsizliyi agentliyində qeydiyyata durmalıdır. Lakin biz görürük ki, toyuq biznesi ilə məşğul olanlar agentılikdə qeydiyyatda deyillər və antisanitar şəkildə toyuq satırlar. Vətəndaşlar belə toyuqlar harda görsə, agentliyin qaynar xəttinə zəng edib xəbər verməlidirlər.

Bu məhsullar dərhal nəzarətə cəlb edilməlidir. Hazırda agentliyin apardığı işə hamı dəstək verməlidir belə mənşəyi məlum olmayan toyuqlar bazarda və digər satış məntəqələrində görünməsin”. 
 

Qeyd edək ki, toyuğun dərisini və yağ qatını çəhrayı-narıncı tonlara salmaq üçün  kantaksantin adlı süni boyadlardan istifadə olunur. Belə boyanmış toyuqları istehlak etdikdə qaraciyərdə yüklənmə, gözün torlu qişasında piqment toplanması, allergik reaksiyalar baş verir. Xüsusilə toyuq kəsildikdən dərhal sonra ətin birbaşa boya vannasına salınması təhlükəlidir və qida saxtakarlığıdır.


Ev şəraitində belə toyuqları müəyyənləşdiriməsinin sadə yolları var: 

Öncə salfetə bükün, kağızda çəhrayı iz qalırsa süni boyadır. Əti kəsin, rəng yalnız səthdədirsə, sonradan boyanıb. Toyuğu qaynadın, su rənglənirsə təhlükəli ola bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək